Azərbaycanda avtobus istehsalı, sərnişindaşımaya necə təsir edəcək?
Digərləri 04 Fev 2025 08:35:00 65 0
Azərbaycanda 2026-cı ildən etibarən illik 200-250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.
Bu xəbəri də oxu: "ebildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq
Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında deyilir.
Gələn ildən ölkəmizdə bu qədər avtobusun istehsalı avtobus parkının yenilənməsinə və artmasına səbəb ola bilər. Hazırda paytaxtda 2800 avtobusa ehtiyac var.
Ötən il "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ), Çinin "BYD Company Limited" (BYD) və "SARDA Group" şirkətlərinə məxsus "Electrify Azerbaijan" arasında Anlaşma Memorandumu imzalanıb.Layihə çərçivəsində Azərbaycanda "BYD" şirkəti ilə elektrobusların yığılması və bir sıra ehtiyyat hissələrin istehsalının təşkili nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 5 hektar torpaq sahəsində tikilməsi planlaşdırılan zavodda ildə 150-200 ədəd elektrobusların istehsalı nəzərdə tutulur. Eyni zamanda istehsal olunan elektrobusların daxili tələbatı qarşılamaqla yanaşı, Azərbaycanın ixrac potensialını da artıracaqdır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Trend-ə müsahibəsində bildirib ki, paytaxtda avtobus parkı 2160 ədədə çatıb. Yaxın gələcəkdə bu rəqəmi 2500 avtobusa çatdırmaq niyyətindəyik.
Son.az bildirir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Fuad Əliyev Trend-ə bildirib ki, Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı, sərnişindaşımaya müsbət təsir edəcək.
"Elektrik mühərrikli avtobuslar, ənənəvi dizel və ya benzinlə işləyən avtobuslara nisbətən daha az tullantı və karbon dioksid istehsal edir. Bu, şəhərlərdə hava keyfiyyətinin yaxşılaşdırılmasına və ətraf mühitin qorunmasına kömək edə bilər.
Belə avtobuslar yanacaq sərfiyyatı ənənəvi avtobuslara nisbətən daha aşağıdır, eyni zamanda daha az mexaniki hissə olduğundan baxım xərcləri də daha aşağı ola bilər. Elektrik avtobuslar daha müasir və səmərəli bir nəqliyyat vasitəsi kimi şəhər sərnişindaşımalarında tətbiq edildikdə, nəqliyyat infrastrukturunun inkişafı və daha geniş yayılması mümkündür. Bu da sərnişinlərin rahatlığını və istifadənin artmasını təmin etməsini mümkün edə biləcək. Avtobusların istehsalı və istifadəsi yerli sənaye və innovasiya sahəsində də müsbət təsir yarada bilər. Bütün bunlarla yanaşı, yeni iş yerlərinin yaradılmasına, texnologiyanın inkişafına və gələcəkdə daha təmiz enerji mənbələrinə keçidə dəstək olacaq", - o əlavə edib.
Ekspertin fikrincə, məsafə və enerji təchizatı məsələlərində elektrik avtobusların istifadəsi ilə bağlı əsas problem, onların şarj stansiyalarının əhatə dairəsi və şarj müddətləri ola bilər:
"Bu səbəbdən infrastrukturun inkişafı mühüm əhəmiyyət kəsb edir. Bununla belə, bu məsələ zamanla həll olunacaq və elektrik avtobusların istifadəsi daha geniş yayılacaq.
Nəticədə elektrik mühərrikli avtobusların istehsalının artması sərnişindaşımada həm ekoloji, həm də iqtisadi baxımdan müsbət dəyişikliklərə səbəb olacağı gözlənilir". Son.az
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Həyatımda siqaret və alk
"Fərda Xudaverdiyev dedi ki, Elməddin torbamı tikib".
Bakının Xətai rayonunda avtomobil yanıb.
"İndi bütün televiziyalarda arvad boğuşmasında, şou proqramında hə
Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan "Roketsan" tərə
Müğənni Yeganə Mürsəlova toy adət-ənənələrindən danışıb.
Son günlər Egey dənizində baş verən ardıcıl zəlzələlər Yunanıstan t
Bişmiş balıq həm dadlı, həm də sağlamlıq üçün inanılmaz dərəcə
"Baş verən cərəyan məni çox çaşdırır. Gəncləri, gələcəyi dü
Ötən ilin noyabrına olan məlumata görə, ABŞ-dan deportasiya edilməsi gö
Türkiyədə yayımlanan "Kızıl goncalar" və "Kızılcık şer
Hindistanın son iki ildə ən çox müdafiə sənayesi məhsulu ixrac etdiyi ö
Şairə və qiraətçi Nazilə Səfərli ünvanına yazılan xoşagəlməz şər