Bu ərazilərdə təhlükə ARTDI: Bakı sakinlərinə XƏBƏRDARLIQ


Digərləri 29 Yan 2025 17:29:00 76 0

Bu ərazilərdə təhlükə ARTDI: Bakı sakinlərinə XƏBƏRDARLIQ

Son illərdə Bakıda çökmə hadisələri əsasən yol infrastrukturu sahəsində müşahidə olunsa da, yaşayış massivlərində də bu hadisəyə tez-tez rast gəlirik. Məsələn, 2023-cü ildə Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində çökmə yaranmışdı. Bundan əlavə, 2024-cü ildə ölkə ərazisində qeyri-sabit və yağmurlu hava şəraitindən sonra bəzi bölgələrdə, o cümlədən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsində sürüşmə və çökmə prosesləri qeydə alınıb. 

Bakıda çökmə və sürüşmə təhlükəsi təkcə Bayıl yamacı ilə məhdudlaşmır; paytaxtın bir çox əraziləri də sürüşmə baxımından aktiv zonalar hesab edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara görə, hazırda Bakıda Əhmədli şosesi, Zığ şosesi, Bayıl və digər bir sıra ərazilərdə sürüşmə təhlükəsi mövcuddur. 

Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər yaşamaq üçün olduqca təhlükəli hesab edilir. Buna baxmayaraq, həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Sürüşmə zonaları hər zaman aktiv olmasa da, əlverişli şərait yarandığı anda problemlər ortaya çıxır.

Bəs hazırda riski ərazilər hansılardır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Ajans.az-a bildirib ki, seysmik aktiv ərazilərdə sürüşmələrə və çökmələrə məhz su və kanalizasiya sistemlərinin düzgün qurulmaması səbəb olur:

Ekspert qeyd edib ki, Bakıda sürüşməyə meylli zonalar olsa da, həmin ərazilərdə tikinti işləri hələ də davam edir:

"Həmin ərazilərə nəzər salsaq, orada sürüşməyə meylli zonalar olsa da, yenə də tikinti işləri davam edir. Fərdi həyət evləri və çoxmənzilli binalar inşa olunur. Halbuki, istənilən seysmik aktiv bölgədə hərəkətlilik yarana bilər. Lakin bu, müəyyən tədbirlər görülməklə minimuma endirilə bilər. Əgər problem ciddi deyilsə, qarşısını almaq mümkündür. Amma təəssüf ki, təhlükəyə baxmayaraq, bu ərazilərdə yaşayış genişlənir".

Elnur Fərzəliyev bildirir ki, Bakıda köhnə çoxmənzilli binaların ətrafında yeni tikililər ucaldılır. Lakin bu tikililərin kanalizasiya sistemi nəzərə alınmır:

"Yeni tikilən binaların kanalizasiya sistemi üçün ayrıca xətlər çəkilmir. Bunun əvəzinə, həmin binaların tullantı suları sovet dövründə tikilmiş köhnə sistemlərə qoşulur. Nəticədə isə bu xətlər çirkab sularını normal şəkildə ötürə bilmir. Bakı şəhərinin kanalizasiya sistemi hələ də 90-cı illərin infrastrukturuna uyğundur. Halbuki, hazırda şəhərin əhalisi dəfələrlə artıb, su istifadəsi normativdən qat-qat çoxdur".

Ekspert vurğulayır ki, Bakıda baş verən güclü yağışlardan sonra yolların su ilə dolması da məhz bu problemdən qaynaqlanır:

"Son yağışlarda tunellərdə su yığıldı və iki nəfər həyatını itirdi. Bunun əsas səbəbi Bakıda kanalizasiya sisteminin yaxşı qurulmamasıdır. Kanalizasiya sistemləri təkcə yağış sularını deyil, eyni zamanda qrunt sularını, tullantı sularını və krant sularını da qəbul etməlidir. Üstəlik, şəhərdə çox sayda avtoyuma məntəqəsi var. Bu məntəqələrdə yuyulan avtomobillərin suları birbaşa kanalizasiyalara axıdılır və xətlər daha da yüklənir. Bu səbəbdən də şəhərin bəzi yerlərində çökmə hadisələri artır".

Ekspertin sözlərinə görə, Bakıda ən ciddi problemlərdən biri də yeraltı kommunikasiya sistemlərinin qeyri-müəyyən olmasıdır:

"Şəhərdə dövlət qurumları arasında koordinasiya yoxdur. Bakı şəhərinin yeraltı xəritəsi belə mövcud deyil. Hansısa tikinti şirkəti torpaq sahəsi alır və bina tikməyə başlayır. Daha sonra isə məlum olur ki, həmin ərazinin altında qrunt suları və ya başqa maneələr var. Bu da tikinti zamanı əlavə problemlər yaradır. Nəticədə isə sürüşmə və çökmə hadisələri artır".

Elnur Fərzəliyev əlavə edib ki, təkcə Bakı-Abşeron ərazisində 500 minə yaxın fərdi yaşayış evi çıxarışsızdır. Bu evlərin əksəriyyəti tikintisi qadağan olunmuş ərazilərdə inşa edilib: "Bakı və Abşeron yarımadasında minlərlə insan sürüşmə riski olan ərazilərdə ev tikib. Halbuki, bu yerlər yaşayış üçün yararsızdır. Əgər həmin zonalarda böyük bir sürüşmə hadisəsi baş versə, nəticələri faciəvi olacaq".

Tramp bu şəxslər üçün Maskdan kömək istədi: "Onları geri gətir" like
  • 29 Yan 17:28  
Dünya Tramp bu şəxslər üçün Maskdan kömək istədi: "Onları geri gətir"

ABŞ prezidenti Donald Tramp NASA astronavtlarının kosmosda qalması səbəbin

arrow Ətraflı
Bu bürclər ay sonuna qədər milyonçu olacaq like
  • 29 Yan 17:21  
Digərləri Bu bürclər ay sonuna qədər milyonçu olacaq

Astroloqların proqnozlarına görə, yanvar ayının sonuna qədər bəzi bürc

arrow Ətraflı
Tramp 709 Azərbaycan vətəndaşı ölkədən çıxarılır like
  • 29 Yan 17:16  
Dünya Tramp 709 Azərbaycan vətəndaşı ölkədən çıxarılır

ABŞ-nin yeni Prezidenti Donald Tramp vəzifələrinin icrasına başladıqdan s

arrow Ətraflı
ESTAS TONNE ilk dəfə Azərbaycanı beynəlxalq Heartbeat turu çərçivəsində ziyarət edəcək! like
  • 29 Yan 17:12  
Kriminal ESTAS TONNE ilk dəfə Azərbaycanı beynəlxalq Heartbeat turu çərçivəsində ziyarət edəcək!

Konsert 2 aprel 2025-ci il tarixində Bakıda, Opera Studiyasında baş tutacaq

arrow Ətraflı
Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu like
  • 29 Yan 17:10  
Digərləri Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həb

arrow Ətraflı
Salyanda vəzifəli şəxsin də öldüyü dəhşətli qəzada xəsarət alanların SON DURUMU like
  • 29 Yan 17:05  
Digərləri Salyanda vəzifəli şəxsin də öldüyü dəhşətli qəzada xəsarət alanların SON DURUMU

Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verən

arrow Ətraflı
“TikTok”a alıcı tapıldı: satış baş tutarsa... like
  • 29 Yan 17:01  
Dünya “TikTok”a alıcı tapıldı: satış baş tutarsa...

ABŞ-da "TikTok"-un taleyi qeyri-müəyyən olaraq qalır.

arrow Ətraflı
"Göz yaşlarımı ürəyimə axıtmışam" like
  • 29 Yan 16:56  
Şou-biznes "Göz yaşlarımı ürəyimə axıtmışam"

"O qədər hiss elədim ki, bütün ağrınızı, acınızı, bütün yaşa

arrow Ətraflı
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi like
  • 29 Yan 16:53  
Digərləri Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təm

arrow Ətraflı
Mal və quzu əti yenidən bahalaşıb like
  • 29 Yan 16:50  
Digərləri Mal və quzu əti yenidən bahalaşıb

Son zamanlar mal və quzu ətinin qiymətində artım müşahidə edildiyi barə

arrow Ətraflı
Ərdoğan Azərbaycan və Özbəkistandan olan nazirləri qəbul edib like
  • 29 Yan 16:47  
Dünya Ərdoğan Azərbaycan və Özbəkistandan olan nazirləri qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilmiş Azərbaycan-

arrow Ətraflı
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI like
  • 29 Yan 16:43  
Siyasət Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI

Bələdiyyə seçkilərində ən yüksək və ən aşağı seçici fəallığın

arrow Ətraflı
Kirkorov Eyyub Yaqubovun mahnısını oxudu like
  • 29 Yan 16:35  
Şou-biznes Kirkorov Eyyub Yaqubovun mahnısını oxudu

Rusiyanın xalq artisti Filipp Kirkorov və keçmiş həyat yoldaşı Alla Puqa�

arrow Ətraflı
BMT elan etdi: ABŞ rəsmən geri çəkildi like
  • 29 Yan 16:24  
Dünya BMT elan etdi: ABŞ rəsmən geri çəkildi

ABŞ Paris İqlim Sazişindən rəsmən çıxıb.

arrow Ətraflı
Üç ölkə arasında imzalanan Ankara Bəyannaməsinin detalları like
  • 29 Yan 16:07  
Siyasət Üç ölkə arasında imzalanan Ankara Bəyannaməsinin detalları

Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat v�

arrow Ətraflı