Suçiçəyi peyvəndi meymunçiçəyindən qoruyur? İki xəstəliyin oxşar və fərqli əlamətləri
Digərləri 28 Yan 2025 08:59:00 115 0
Yaxın zamanlarda ölkədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alındı. Hələ adını eşidəndə hamının ağlına ilk olaraq suçiçəyi gəlirdi. Adları bir-birinə bu qədər oxşar olan xəstəliklər arasında bənzərlik nə qədərdi? Suçiçəyi üçün vurulan peyvəndlər meymunçiçəyindən də qoruyurmı?
Bu xəbəri də oxu: Haqq Ədalət Partiyasından seçkilərlə bağlı
Son.az bildirir ki, mövzu ilə bağlı Trend-ə danışan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya uzmanı Dr. Vasif Əliyev bildirib ki, suçiçəyi və meymunçiçəyi xəstəlikləri xəstəliyin klinikası və adı bənzəsə də, müxtəlif viruslar tərəfindən törədilir.
"Suçiçəyi xəstəliyi varisella virusudur, yəni, bu virus tərəfindən törədilir. Amma meymunçiçəyi dediyimiz xəstəlik Mpoks virusudur. Bu, bildiyimiz çiçək virusuna qohum bir virusdur. Bənzərliyi budur ki, səpkilər törədir. Suçiçəyindən fərqli olaraq səpkilər daha da iri olur. Eyni zamanda bu səpkilər daha çox üz və ətraflarda görülür. Amma suçiçəyi zamanı səpkilər bədənin hər bir yerində yaranır və yüksək qızdırma, qaşıntı, əzələ ağrıları ilə davam edir. Limfa düyünlərinin şişməsi isə daha çox meymunçiçəyi virusuna xarakterikdir", - o əlavə edib.
Həkim vurğulayıb ki, bu iki xəstəliyin diaqnostikası da tam fərqlidir:
"Suçiçəyi virusunun diaqnostikası qan analizi ilə, eyni zamanda səpkilərdən yaxma götürülməsi ilə qoyula bilər. Amma meymunçiçəyi virusunun diaqnostikası həmin şəxsin virusa yoluxanların olduğu bir ölkəyə səfəri, eyni zamanda virusa yoluxmuş adamın təmasda olduğu insanın bədənində hər hansı səpkilərin olması ilə aparılır.
Bu virus heyvanlardan da insanlara keçə bilər. Xüsusilə də meymunlardan, sincablardan, siçovullardan və siçanlardan. Xəstəlik yüksək hərarət ilə başlayır. İnkubasiya dönəmi 6-13 gündür. Təxminən suçiçəyində də bu inkubasiya dönəmi xarakterikdir. Amma səpkilərin fərqli olması bu xəstəliklərin fərqləndirilməsində bizə müəyyən qədər yol göstərir. Meymunçiçəyində qan analizi ilə diaqnoz qoyulmur, səpkilərdən alınan yaxmada Mpoks virusunun DNT-sinin təsdiqi ilə diaqnoz qoyulur".
"Bu iki virusun müalicələri də çox fərqlidir. Bu viruslar simptomatik müalicə ilə sağala bilər, amma ehtiyac halında istifadə olunan virusəleyhinə dərman vasitələri hər virusda fərqli olur. Suçiçəyi bizdə daim görülən bir xəstəlikdir. Bu bütün ölkələrdə və bütün mövsüm ərzində görülür. Amma Mpoks virusu 2022-ci ildən yenidən gündəmə gəlib. Daha çox Afrikada və bu ölkələrdən sonra Avropada da görülür. Suçiçəyindən fərqli olaraq meymunçiçəyi lokal bölgələrdə olur",- deyə həkim əlavə edib.
ABŞ Prezidenti Donald Tramp "Dəmir günbəz" raket əleyhinə milli
Onlar istilik verməyi, insanları olduğu kimi qəbul etməyi və həmişə öz
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiy
Gözaltı qara dairələr çox vaxt yorğunluq və ya estetik narahatlıq kimi q
"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanov azadlı
Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb
Çin şirkəti hansı işçilərinin fasilələrə çox vaxt sərf etdiyini izl�
Estoniyada narkoticarətə görə 14,5 il müddətində azadlıqdan məhrum edil
Bakıda bina və parklarda mozaika kompozisiyaları bərpa ediləcək.
Elm adamları Afrikanın gələcəkdə iki hissəyə bölünəcəyini və yeni b
Əməkdar artist Hüsniyyə Mürvətova paylaşımı ilə diqqət çəkib.
Nəfəs darlığı hissi təhlükəli xəstəliklərdə, o cümlədən xroniki o
Bunun əsl sevgi olduğuna əmin deyilsinizsə, o zaman onlarla ciddi münasibə