Xəstəxanalarda onlayn növbə sistemi nə zaman tam tətbiq olunacaq?
Digərləri 26 Yan 2025 07:52:00 69 0
Xəstəxanalarda uzun növbələr, sıxlıq problemi hələ də davam edir. Elə Xəbər ertəsinin qaynar xəttinə də bununla bağlı çoxsaylı görüntülər göndərilir.
Bu xəbəri də oxu: Müdafiə Nazirliyi videoçarx yaydı
Əksəriyyət bu səbəbdən həkim qəbuluna düşməkdə çətinlik çəkdiyini deyir.
Tibbi məsələlər üzrə ekspert Aydın Əliyev deyir ki, hazırda bir çox tibb müəssisəsində canlı növbə sistemi tətbiq edilir. Bu, isə pasientlər arasında bəzən münaqişələrə səbəb olur. Ekspert problemdən çıxış yolunu bütün xəstəxanalarda onlayn növbə sisteminin tətbiqində görür. Onun fikrincə, belə bir sistem növbə prosesini daha şəffaf və ədalətli edər, eyni zamanda sıxlığın və mübahisələrin qarşısını alar.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirildi ki, hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur. Ötən il ərzində ümumilikdə bu sistemdən 80 minə yaxın insan yararlanıb.
Onlayn növbə sisteminin bütün xəstəxanalarda nə zaman tədbiq ediləcəyi isə hələki dəqiq məlum deyil. Qurumdan yalnız, bu sahədə müvafiq işlərin aparıldığı qeyd olundu. Görünür, sıxlıq və növbə problemi hələ bir müddət davam edəcək.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
"Şirniyyat bişirməyi sevirəm. Amma çox adam mənə rişxənd edir"
Yeni il həyatda dəyişikliklər üçün əla vaxtdır. Beləliklə, 2025-ci il
Əməkdar artist Vasif Məhərrəmli və müğənni Xatirə İslam uzun müddət
"Statista" saytının məlumatına görə, dünyanın 19 ölkəsində
Azərbaycanda evlənənlərin sayı azalıb. Bunu Dövlət Statistika Komitəsi
Son zamanlar sosial şəbəkələrdə yarımfabrikat qidalar satışa çıxarıl
ABŞ-ın məşhur sous markası tərkibindəki bəzi maddələrə görə mağaza
Gül suyu xoş qoxusu, təbii və faydalı tərkibinə görə bir çox sahədə
Kastellorizo adası Egey dənizində, Türkiyə sahillərindən təxminən
Yəqin ki xarici ölkəyə köçmək istəyən soydaşlarımız az deyil. Hələ
Baş ağrısı ən geniş yayılmış problemlərdən biridir - bu, nevroloqa m�
Mütəxəssislər paltarlarınızı yumadan əvvəl tərsinə çevirməyi məsl�
Müğənni Vəfa Şərifovanın "Dilbərim" ariyasını oxuması uzun