Azərbaycan ailəsi modeli məhv ola bilər ARAŞDIRMA
Digərləri 26 Yan 2025 06:47:00 73 0
Azərbaycanda evlənənlərin sayı azalıb. Bunu Dövlət Statistika Komitəsi də təsdiqləyir. Qurumun məlumatına görə, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 146 nikah qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 5.3-dən 4.9-a düşüb. Bəs nə üçün gənclərin evlənməyə marağı azalıb? Bunu müasir dövrün norması olaraq qəbul edək, yoxsa həyəcan təbili çalınmalıdır?
Bu xəbəri də oxu: Dünyanın ən qiymətli qanı: Bir litri 15 min dollardır
Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
Azərbaycan ailəsi modeli məhv ola bilər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, bu statistika müvafiq qurumları narahat edir, görülən işlərə baxmayaraq, ailə münasibətlərində zəifləmə hiss olunur: "Bu isə nikahların sayının azalmasına, boşanmaların isə artmasına gətirib çıxarır".
Qurum rəsmisi bildirir ki, bu tendensiyanın qarşısı alınmasa, gələcəkdə arzuolunmaz nəticələrlə rastlaşa bilərik: "Genofondun qoruyucusu olan, sosial və mənəvi əminliyi təmin edən nikah münasibətlərinin zəifləməsinin qarşısı alınmazsa, əlbəttə, arzuolunmaz nəticələr yarana bilər. Bu nəticələr həm demoqrafik vəziyyətə zərər vurar, həm də milli-mənəvi dəyərlər üzərində qurulmuş bütöv Azərbaycan ailəsi modeli məhv ola bilər".
Ailə institutu daha da möhkəmlənəcək
Mütəxəssis ümid edir ki, gənclərin nikah münasibətlərinə yanaşması ciddiləşəcək: "Dövlətin ailə siyasəti ölkəmizdə prioritet sahələrdəndir. Bu siyasətin daha da təkmilləşdirilməsi, ailələrin daha xoşbəxt, firavan, sağlam mühitdə yaşaması, onları narahat edən aktual problemlərin həlli yollarının tapılması hər zaman dövlətin diqqətindədir və bu sahədə ciddi işlər görülür. Ümid edirik ki, kənar təsirlər, mövcud problemlər Azərbaycan ailə modelinə zərər vurmayacaq, görülən genişmiqyaslı işlər nəticəsində ailə institutu daha da möhkəmlənəcək".
Xəyanət, aldadılma, uğursuz seçim...
Psixoloq Günel Qurbanova düşünür ki, hazırda gənclərdə evlilik fobiyası müşahidə edilir: "Bu fobiyanın yaranmasında mental dəyərlərin çox qabarıq olması, həmçinin insanın özünü güvəndə hiss etməməsi, evlilik məsuliyyətinin ağır gəlməsi, bağlılıq problemi, daha öncədən travmatik bir münasibət yaşamaq, valideynləri arasında olan münasibətdən travma almaq, çevrəsindəki insanlar arasında normal münasibətin olmaması və sair kimi çox səbəblər var. Bu fobiyası olan insanlar ya öz ana-atalarının münasibətlərinə baxıb evlənmək istəmirlər, ya da real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud "evlənsəm bədbəxt olaram" qorxusu onları bu qərardan uzaqlaşdırır".
Son zamanlar sosial şəbəkələrdə yarımfabrikat qidalar satışa çıxarıl
ABŞ-ın məşhur sous markası tərkibindəki bəzi maddələrə görə mağaza
Gül suyu xoş qoxusu, təbii və faydalı tərkibinə görə bir çox sahədə
Kastellorizo adası Egey dənizində, Türkiyə sahillərindən təxminən
Yəqin ki xarici ölkəyə köçmək istəyən soydaşlarımız az deyil. Hələ
Baş ağrısı ən geniş yayılmış problemlərdən biridir - bu, nevroloqa m�
Mütəxəssislər paltarlarınızı yumadan əvvəl tərsinə çevirməyi məsl�
Müğənni Vəfa Şərifovanın "Dilbərim" ariyasını oxuması uzun
Həbsdə olan türkiyəli sosial media fenomeni, müğənni Kerimcan Durmaz üç
Mən prezident postunda olduqca, Belqrad Moskvaya qarşı sanksiyalara qoşulmay
Delimitasiya nəticəsində Ermənistanın strateji infrastrukturu Azərbaycan n
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ötən ilin son 4-5 ayında kredit faizlərində artım müşahidə olunub.