Bakı metrosu sərnişindaşımanın maya dəyərini
Digərləri 24 Yan 2025 17:51:00 83 0
Hesablama Palatasının "Bakı Metropoliteni" QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb.
Son.az report-a istinadən xəbər verir ki, bu barədə Palata məlumat yayıb.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub.
Bundan başqa, layihələrin ilkin planlaşdırılması zamanı texniki-iqtisadi əsaslandırmalar aparılsa da, metro infrastrukturunun inkişafı üçün nəzərdə tutulan vəsaitin Dövlət İnvestisiya Proqramına ümumi adla daxil edilməsi icra prosesində həmin vəsaitin bir hissəsinin istismar xərclərinə yönəldilməsinə şərait yaradıb. Eyni zamanda, smeta sənədlərində və müqavilələrdə aparılan dəyişikliklər layihələrin icrasını uzadıb. Audit zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilmədən 559,7 min manatlıq işlərin rəsmiləşdirildiyi, 712,9 min manat dəyərində işlərin isə tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilib.
Audit dövründə "Bakı Metropoliteni" 262 halda 868,6 min manat məbləğində birbaşa müqavilələr bağlayıb. Bu müqavilələr satınalma metodu tətbiq edilmədən həyata keçirilib, ehtimal dəyəri müəyyən edilməyib və rəqabət mühiti pozulub. Bununla yanaşı, tender komissiyasının fəaliyyətində boşluqlar aşkar edilib, uzunmüddətli debitor borc yaranıb və cərimələr tətbiq edilməyib.
Audit nəticəsində bəzi hallarda mövcud resursların real dəyərləndirilməsi aparılmadan ehtiyacların qiymətləndirildiyi üzə çıxıb. Bu, bir tərəfdən əlavə dövlət vəsaitinin istifadəsinə, digər tərəfdən isə aktivlərin uzun müddət istifadəsiz qalmasına gətirib çıxarıb.
QSC-nin maliyyə hesabatlarının tərtibi üçün bağlanmış müqavilələr üzrə öhdəliklər icra olunmayıb. Bu da maliyyə hesabatlılığında şəffaflığın tam təmin edilməməsinə, daxili nəzarət və uçot siyasətində çatışmazlıqlara səbəb olub.
Audit nəticəsində 13,6 min manatlıq debitor borcun uçota bərpa olunması, qanunsuz tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğunlaşdırılması və digər nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara tövsiyələr verilib. Həmçinin, layihələrin başa çatdırılması üçün zəruri tədbirlərin görülməsi tələb edilib.
ABŞ Prezidenti Donald Trampın yeni administrasiyada formalaşdırdığı koman
İstanbulun Sultanbəyli rayonunda 5 mərtəbəli tekstil sexinin damında yanğ
"Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışma�
"Böyük plazma televizorları kim kəşf edib? Bizim evimizi yıxdılar&qu
24 yanvar 2025-ci il tarixində "WhatsApp"da irimiqyaslı problem qeyd
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiy
Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfər dənizdə ba
Azərbaycan Mərkəzi Bankı (AMB) "Turanbank" ASC-ni və onun vəzif�
Ukraynalı məşhur blogger, internetdə "Annet" kimi tanınan Anna Ju
Suriyada yeni hökumətin Türkiyədən idxal olunan məhsullara vergiləri 300-
Halit Ergenç və Dolunay Soysert də ifadə verməyə çağırılıb.
Yanvarın 24-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Quru Q
İran Prezidenti Məsud Pezeşkian Xuzistan vilayətinin Əhvaz şəhərində ye
Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya
Hesablama Palatası Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentli