"40 minlik kompensasiyadan imtina etdim" Hökumənin həyat yoldaşı
Digərləri 24 Yan 2025 18:09:00 87 0
"Qızım Hökumənin həyat yoldaşı Etibar Əliyevlə münasibətimiz çox yaxşıdır. O, qızımın rayondakı yas mərasiminə də gəlmişdi".
Bu xəbəri də oxu: "Ağ şəhər"də qəribə QƏZA
Son.az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.
O bildirib ki, Hökumənin həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manat kompensasiyadan imtina edib: "Biz ona dövlətimiz tərəfindən təqdim edilən pulun hamısını verdik, amma o, məbləği özünə götürməkdən imtina edib geri qaytardı".
Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev isə Teleqraf.com-a açıqlamasında bu barədə danışmaq istəmədiyini və ona həyat yoldaşının ailəsi tərəfindən təqdim edilən məbləğdən imtina etdiyini təsdiqləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.
Müğənni Vəfa Şərifovanın evindən oğurluq edilib.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstan�
Hesablama Palatasının "Bakı Metropoliteni" QSC-də apardığı audi
ABŞ Prezidenti Donald Trampın yeni administrasiyada formalaşdırdığı koman
İstanbulun Sultanbəyli rayonunda 5 mərtəbəli tekstil sexinin damında yanğ
"Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla danışma�
"Böyük plazma televizorları kim kəşf edib? Bizim evimizi yıxdılar&qu
24 yanvar 2025-ci il tarixində "WhatsApp"da irimiqyaslı problem qeyd
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiy
Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfər dənizdə ba
Azərbaycan Mərkəzi Bankı (AMB) "Turanbank" ASC-ni və onun vəzif�
Ukraynalı məşhur blogger, internetdə "Annet" kimi tanınan Anna Ju
Suriyada yeni hökumətin Türkiyədən idxal olunan məhsullara vergiləri 300-
Halit Ergenç və Dolunay Soysert də ifadə verməyə çağırılıb.