Bu şəxslər 700 manat cərimə ediləcək
Digərləri 23 Yan 2025 16:30:00 77 0
Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə 700 manatadək cərimə tətbiq ediləcək.
Bu xəbəri də oxu: Ən çox radiasiya yayan telefonlar Bu 10 model sağlamlığınıza ziyan vurur
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan məcəlləyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Yeni layihəyə əsasən, bu cərimə dörd yüz manatdan altı yüz manatadək məbləğdə olacaq.
Həmçinin layihəyə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək. Qüvvədə olan qanunvericiliyə əsasən, bu cərimə iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdədir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mir
Yanvarın 23-də Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini ge
Bakı-Quba yolundan istifadə edən sürücülər ölümlə üz-üzədir.
"BakuBus" MMC-nin avtobusları bir neçə il öncədən pulsuz "W
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə
ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik üzrə köməkçisi
Bakı Dövlət Universitetinin (BDU) laborantı Sevinc Rəhimova vəfat edib.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terr
Xalq artisti Afaq Bəşirqızının aparıcı Elgiz Əkbərə təbriki marağa s
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bə
2024-cü ildə Xarkov vilayətinin qeyri-adekvat müdafiəsində ittiham olunan
Xəbər veridyimiz kimi, türkiyəli məşhur aktrisa Tuba Büyüküstün də S�
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təm
13 gün əvvəl Avropa İttifaqının Xarici İşlər üzrə Ali Nümayəndəsi