Pensiyalar neçə faiz artırılır? Deputat AÇIQLADI
Digərləri 23 Yan 2025 10:22:00 82 0
Gələn aydan həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Yəni, 14.3 faiz artım minimum pensiyalara tətbiq olunacaq.
Bu xəbəri də oxu: "Tofaş"la qadını vurub öldürdü
Son.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.
O qeyd edib ki, əgər vətəndaşımız 280 manat, minimum pensiya alırsa gələn aydan həmin məbləğ 14.3 faiz artırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq.
"Əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək Pensiyaları" haqqına Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.
Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.
Ümumilləşdirsək: minimum pensiya alanlarda artım 14.3 faiz, digər məbləğ əmək pensiyası alanlarda indeksləşdirmə ilə artım 8 faiz olacaq. Gələn aydan minimum pensiya 320 manat olduğu üçün aşağı pensiya alanlarda bu meyar nəzərə alınacaq", - deyə o bildirib.
Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.
Ölkə ərazisində keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki
ABŞ-ın Kaliforniya ştatında yanğın fəlakəti davam edir. Los-Anceles şə
İllər keçsə də BMW-nin E60 ( el arasında "akula" kimi tanınır
Rusiya silahlı qüvvələrinin artımını nəzərə alsaq, 2029-2030-cu illər
Vətəndaşlarımıza və beynəlxalq tərəfdaşlarımıza təklif etdiyimiz b�
Dörd divar arasında çətin bir dövrdə oturmaq təhlükə ilə üzləşməkd
ABŞ prezidenti Donald Tramp ölkənin Gizli Xidmətinin rəhbəri vəzifəsinə
"Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldür�
Müğənni Qumral maraqlı açıqlama verib.
Azərbaycan Mərkəzi Bankı (AMB) 23 yanvar tarixindən etibarən valyuta məz�
Təhlükəli yanacaq daşıyan nəqliyyat vasitələrinin arxasından asılan me
ABŞ-nin keçmiş prezidenti Co Bayden varisi Donald Trampa vida məktubunda pr