“Şərhlər yağdı ki, dostunu nə tez unutdun?” İlkindən tənqidlərə cavab
Şou-biznes 20 Yan 2025 22:58:00 129 0
"Və gözlənilən şərhlər yağdı: "Dostunu nə tez unutdun?", "O qədər yaxın idi, indi necə gülə bilirsən?" və s. Bütün şərhlərinizi oxudum, normalda belə hallarda şərh bölümünü bağlayırlar, amma mən etmədim, tənqidə hər zaman açıq olmuşam".
Bu xəbəri də oxu: "Üzr istətdiklərim də olub, Allaha tapşırdıqlarım da" VİDEO
Son.az xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni instaqramda yazıb. O, Cem Yılmazla Bakı konsertindən sonra çəkilən fotosuna mənfi şərh bildirənlərə cavab verib:
"Bir balaca analiz edib, daha sonra isə ümumi bir cavab yazıram hər zaman. Kədəri anlamaq üçün sadəcə ona baxmaq kifayət deyil. Çünki kədər göz yaşlarımızda deyil, qəlbin ən dərin qatlarında yatır. İnsanlar çox vaxt bizim xarici görünüşümüzlə daxili fırtınalarımız arasında körpü qura bilmirlər. Nəticədə isə içdəki nifrəti hərflərə çevirirlər. Dostumu əsla unutmadım, həyat isə mənim dayanmamağımı tələb edir. İnsan sevdiklərini itirdikcə, bir tərəfdən özü də kiçilir, yox olur. Amma həmin sevdiklərinin xatirəsi ilə yaşamaq bir növ borca çevrilir. İnsanın ayağa qalxması, addım atması, gülməsi unudulma demək deyil. Bu, sadəcə, o itki ilə barışmaq cəhdidir. Nə qədər qısa və hər anın nə qədər qiymətli olduğunu.
Məncə, dostum mənim göz yaşlarımı yox, gücümü, gülümsəməmi görmək istərdi. Bilin ki, kimisə unutmamaq üçün onu hər an matəm kimi yaşamaq da məcbur deyil. Həyat davam edir, çünki həyat dayanmır. Bu paylaşım da, Cem də, tədbir də, həyatın özü də onun xatirəsinə əlavə etdiyim yeni bir parça kimidir. Axı paylaşımda da qeyd etmişdim ki, bəzən həyatın qayğıları arasında belə anlar insanın ruhunu yenidən doğurur. Bəlkə də siz hər şeyin gözlə görünən tərəfinə baxırsınız. Amma əmin olun, qəlbinizi dinləsəniz, hər birimizin içində keçməyən yaraların izlərini görə bilərsiniz. Bu, mənim gerçəkliyimdir və bu gerçəklikdə 40 gün 40 gecə yas saxlamaq standartları yoxdur. Siz eləsinizsə heç kimi elə olmağa məcbur edə bilməzsiniz. Xahiş edirəm, imkan verin, dostumun ruhunu şad edim. Sevgi ilə qalın!". Son.az
Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəy

Artıq bir ildən çoxdur ki, Bakı şəhərinin izahlı baş planı ictimaiyyə

İnauqurasiya nitqi zamanı Donald Tramp bildiribki, onun prezidentliyi dövrün

Ümit Özdağ, Ankarada polis tərəfindən saxlanılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda

Trampla birinci prezidentlik dövründən başlayan dostluğumuzu davam etdirmə

Bakı Avrasiya Universitetinin Təsisçilər Şurasının sədri, professor Nazi

Ceyms Devid Vens ABŞ-nin 50-ci vitse-prezidenti kimi and içib.

Xəbər verdiyimiz kimi, Vaşinqtonda ABŞ-nin yeni seçilmiş prezident Donald

"Prezident İlham Əliyevin "Bakı Metropoliteni" QSC qarşısın

"ARB TV"də yayımlanan "Elgizlə izlə" verilişində meyxa

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumun

Astroloqların fikrincə, bəzi bürclərin nümayəndələri uzunömürlülüy�

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinə başladıqdan son
