Qonşu ölkədə "donuz qripi"nə kütləvi YOLUXMA –
Digərləri 20 Yan 2025 15:55:00 63 0
Gürcüstanda son iki həftədə ərzində bir neçə nəfər "donuz qripi"ndən ölüb.
Bu xəbəri də oxu: Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?
Son.az "Rustavi-2" telekanalına istinadən xəbər verir ki, ölkədə A tipli viruslara yoluxma halları artıb.
Hər gün buna görə klinikalara müraciətlər artıb. Xəstələr xəstəxanaya əsasən qızdırma ilə müraciət edir, yüksək hərarət isə dərmanlara cavab vermir.
Telekanal bildirir ki, pasiyentlər H1N1 virusunun fəsadları fonunda yanaşı xəstəliklərdən ölüblər, onların heç biri peyvənd olunmayıb.
Həkimlər qeyd edirlər ki, "donuz qripi"nin antiviral müalicəsi xəstəliyin ilk 72 saatı ərzində effektivdir, buna görə də xəstələri vaxtında həkimə müraciət etməyə və özünümüalicəyə əl atmamağa çağırırlar.
Xüsusilə uşaqlarda qrip virusunun ağırlaşmaları artıb. Risk qrupuna 2 yaşa qədər və xroniki xəstəlikləri olan uşaqlar daxildir. Təsdiqlənmiş donuz qripi halları pediatriya şöbələrində xəstələrin 52 faizini təşkil edir.
Virusla xəstəxanaya yerləşdirilən yetkinlik yaşına çatmayanların və uşaqların əksəriyyətində pnevmoniya inkişaf edir, baxmayaraq ki, digər ağırlaşmaların geniş spektri var. "Donuz qripi" və digər mövsümi virusların fəsadlarının qarşısını almaq üçün həkimlər hələ də ən yaxşı yol kimi peyvənd etməyi tövsiyə edirlər. Qrip virusunun yayılması ilə yanaşı, ölkədə COVID pandemiyasının əsas atributu yenidən aktuallaşıb.
Həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını proqnozlaşdrırlar. /Bizim.Media
"Bitcoin" kriptovalyutasının qiyməti 109 min ABŞ dollarını öt
Azərbaycanın tanınmış vokalçısı, Əməkdar artist Ramil Qasımov 20 Yanv
Moskvada aktyor Qoşa Kutsenkonun avtomobilində do....mış qadın meyiti aşka
Serbiyanın paytaxtı Belqradda yerləşən qocalar evində baş verən yanğın
Bu gün səhər saatlarından başlayaraq yağan qar Xankəndi şəhəri və ət
Qəbələ rayonu, Bum kəndində dağlıq-meşəlik ərazidə yanğın baş veri
"Amerikanın Ermənistana dəstəyini görmüşük. Amma özünü vasitəç
Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilki
2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metro stansiyası tikil�
Yaxın vaxtlarda "Bakı Metropoliteni" QSC-nin yeni "Dərnəgül&
Amerikanın yeni seçilmiş Prezidenti Donald Trampın komandası Dövlət Depar
Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə danışı