Xaricdən maşın gətirmək istəyənlərin nəzərinə! Bu halda gömrük rüsumu ödənilmir


Digərləri 07 Yan 2025 08:15:00 87 0

Xaricdən maşın gətirmək istəyənlərin nəzərinə!  Bu halda gömrük rüsumu ödənilmir

Ölkəyə xaricdən maşın gətirilməsində əsas məqamın gömrük ödənişləri ilə bağlı olduğunu desək, yanılmarıq. Belə ki, bir çox halda "xaricdən almaq ucuz başa gəlir" deyə alınan minik avtomobillərinin yekun qiyməti məhz gömrük rəsmiləşdirilməsi zamanı çəkilən xərclərdən asılı olaraq dəyişir.  

Bəs qanunla ölkəyə avtomobil idxal olunan zaman hansı ödənişlər edilməlidir?

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qanunvericiliyə görə, ölkəyə avtomobil gətirilərkən aşağıdakı ödənişlər olunmalıdır:

İdxal gömrük rüsumu - yeni və ya işlənmiş olmasından, daxili yanma mühərrikinin həcmindən asılı olaraq hər santimetrə görə 0,4-1,2 ABŞ dollarına, elektrik mühərrikli olanlarda isə gömrük dəyərinin 15 faizinə bərabərdir.   

Əlavə dəyər vergisi - gömrük dəyərinin üzərinə digər ödənişlər də əlavə edildikdən sonra alınan göstəricininin 18 faizi.

Aksiz vergisi - 600 manatdan başlayır, mühərrikin həcmindən, avtomobilin istismar müddətindən, həmçinin mühərrikinin benzin və dizel olmasından asılı olaraq dəyişir. 

Utilizasiya haqqı - ölkəyə gətirilən minik avtomobilinin yaşı 4-7 il arasındadırsa, 400 manat, 7 il və daha çox olarsa, 700 manat təşkil edir. 

Vəsiqə haqqı - 30 manat

Gömrük yığımları - gömrük dəyərindən asılı olaraq 15 manatdan 1000 manatadək dəyişir.

Gömrük ekspertizasının aparılmasına görə gömrük yığımı - 30 manat

Elektron gömrük xidmət haqqı - 30 manat 

Elektron gömrük xidməti üzrə əlavə dəyər vergisi - 5,4 manat

Standartlara uyğunluğa dair verilən verilən sertifikat üçün dövlət rüsumu - 30 manat

Bu ödənişlər əsasında aparılan hesablamaya görə, hər hansı bir Avropa ölkəsindən 20 min ABŞ dollarına alınıb 1000 dollar da Azərbaycana gətirilərkən xərclənən 2500 kubsantimetrlik dizel mühərrikə malik 2015-ci ilin istehsalı olan minik avtomobili üçün 18 min 881,8 manat cəmi gömrük ödənişləri etmək lazımdır. Bu avtomobilin mühərriki benzin olarsa, gömrük ödənişlərinin cəmi 1097,4  manat daha az - 17 min 784,4 manat təşkil edəcək. 

Alınan avtomobilin istehsalçı ölkəsi Azərbaycanla Sərbəst Ticarət Haqqında Saziş imzalamış dövlətlərin sırasında olarsa, bu halda ödənişlərdən biri - idxal gömrük rüsumu ödənilmir. Belə ki, "Sərbəst ticarət haqqında" ikitərəfli Sazişə əsasən, bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən mallara, eyni ölkə mənşəli və eyni ticarət edən ölkə olduğu təqdirdə СТ-1 formalı preferensial mənşə sertifikatı təqdim edilməklə idxal gömrük rüsumu tətbiq edilmir.

Bu sırada 10 ölkə var və onlar aşağıdakılardır:

1. Rusiya

2. Moldova     

3. Ukrayna

4. Gürcüstan

5. Türkmənistan

6. Özbəkistan

7. Qazaxıstan

8. Qırğız Respublikası

9. Belarus

10. Tacikistan

Beləliklə, yuxarıda qeyd edilmiş dizel mühərrikli minik avtomobili bu ölkələrdə istehsal edilib və oradan Azərbaycana idxal edilərsə, bu halda gömrük ödənişlərinin cəmi 18 min 881,8 manat yox, 12 min 863,8 manat (6 min 18 manat az) olacaq. Bu avtomobil benzin mühərrikli olduqda isə gömrük ödənişlərinin cəmi 11 min 766,4 manat təşkil edir. 

Bundan başqa, son illərdə ölkəyə gətirilən, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilib. Bu da cəmi gömrük ödənişlərində özünü göstərir.

Məsələn, qiyməti 50 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı elektrik mühərrikli avtomobil üçün cəmi gömrük ödənişləri 325,4 manatdır. 

Həmçinin hazırda istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı əlavə dəyər vergisindən azaddır. Bu baxımdan ölkəyə gətirilən qiyməti 30 min ABŞ dolları olan, idxal zamanı əlavə 1000 dollar xərc çəkilən 2022-ci il istehsalı hibrid avtomobil (mühərrikinin həcmi 2000 kubsantimetr) üçün cəmi gömrük ödənişləri 5005,4 manatdır. Bu avtomobil 2016-ci il istehsalı və benzin mühərrikli olarsa gömrük ödənişlərinin cəmi 16 min 180,8 manata təşkil edəcək. Dizel mühərriklidə isə bu məbləğ 16 min 393,2 manat olacaq. Son.az 

Soğanı belə yeyin  1001 dərdə dəva imiş like
  • 07 Yan 07:40  
Digərləri Soğanı belə yeyin 1001 dərdə dəva imiş

Soğan qədimdən bəri həm müalicəvi xüsusiyyətləri, həm də qida dəyə

arrow Ətraflı
İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur" like
  • 07 Yan 07:29  
Digərləri İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"

İran İsraillə birbaşa münaqişədə uğursuzluğa düçar olandan sonra nö

arrow Ətraflı
Tanınmış aktrisa metroda belə görüntüləndi like
  • 07 Yan 07:16  
Şou-biznes Tanınmış aktrisa metroda belə görüntüləndi

Aktrisa Qonca Vuslateri yeni fotosu ilə gündəm olub.

arrow Ətraflı
Paltaryuyan maşına nə qədər yuyucu vasitə tökmək lazımdır? like
  • 07 Yan 07:01  
Digərləri Paltaryuyan maşına nə qədər yuyucu vasitə tökmək lazımdır?

Paltar yuyarkən düzgün miqdarda yuyucu vasitə istifadə etmək həm paltarla

arrow Ətraflı
7 bal gücündə zəlzələ oldu like
  • 07 Yan 06:54  
Dünya 7 bal gücündə zəlzələ oldu

Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7

arrow Ətraflı
Braziliya “qara qutu”larda olan məlumatı Qazaxıstana göndərdi like
  • 07 Yan 06:51  
Digərləri Braziliya “qara qutu”larda olan məlumatı Qazaxıstana göndərdi

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması

arrow Ətraflı
2025ci ildə bu bürclər ayrılacaq like
  • 07 Yan 06:48  
Digərləri 2025ci ildə bu bürclər ayrılacaq

2025-ci il bəzi bürclər üçün münasibətlərdə dəyişiklik ili olacaq. 

arrow Ətraflı
Elşən efirdə hönkürhönkür ağladı like
  • 07 Yan 06:33  
Şou-biznes Elşən efirdə hönkürhönkür ağladı

Aktyor Elşən Orucov efirdə göz yaşlarını saxlaya bilməyib.

arrow Ətraflı
Ukrayna münaqişəsinin asan həlli yoxdur  Makron like
  • 07 Yan 06:19  
Dünya Ukrayna münaqişəsinin asan həlli yoxdur Makron

Kiyev mövcud reallıqlar əsasında münaqişəni həll edərkən ərazi məsə

arrow Ətraflı
Zərif görünüşün AĞIR nəticələri: Korsetlər qadınlara nə edir? like
  • 07 Yan 06:06  
Digərləri Zərif görünüşün AĞIR nəticələri: Korsetlər qadınlara nə edir?

Korsetlər əsrlər boyu zəriflik və gözəllik simvolu kimi qəbul edilib. La

arrow Ətraflı
Aşiq olmaq insan ömrünü uzadır?  Ekspert izah etdi like
  • 07 Yan 05:05  
Digərləri Aşiq olmaq insan ömrünü uzadır? Ekspert izah etdi

Sevgi və güclü münasibətlər həm fiziki, həm də ruhi sağlamlığa əhə

arrow Ətraflı
Qadınların yarısının əziyyət çəkdiyi xəstəlik: Qurtulmaq üçün nə etməli? like
  • 07 Yan 04:04  
Digərləri Qadınların yarısının əziyyət çəkdiyi xəstəlik: Qurtulmaq üçün nə etməli?

Uroloq Anastasiya Kortışkova sistitin simptomlarını yüngülləşdirmək ü�

arrow Ətraflı
Pivə içmək bu orqanlara ziyan vurur like
  • 07 Yan 03:03  
Digərləri Pivə içmək bu orqanlara ziyan vurur

Həkimlər pivənin orqanizmə verdiyi zərərləri açıqlayıblar.

arrow Ətraflı
Yaddaşı daha yaxşı gücləndirən üsullar  ARAŞDIRMA like
  • 07 Yan 02:02  
Digərləri Yaddaşı daha yaxşı gücləndirən üsullar ARAŞDIRMA

ABŞ-ın Kornell Universitetindən olan tədqiqatçılar tərəfindən aparılan

arrow Ətraflı