Trüdo bu postdan istefa verəcək
Dünya 06 Yan 2025 08:59:00 71 0
Kanadada Baş nazir Castin Trüdo yanvarın 6-da Liberal Partiyasının rəhbəri vəzifəsindən istefa verə bilər.
Bu xəbəri də oxu: Bu ölkə BRİKSin tamhüquqlu üzvü oldu
Son.az report-a istinadən xəbər verir ki, siyasətçi bu postu milli partiyanın qurultayına qədər tərk etməyi planlaşdırır.
Bundan əvvəl Kanada Liberal Partiyasının deputatlarının çoxu Trüdonun istefasını tələb edib.
Qeyd edək ki,2024-cü ilin dekabrın 16-da Baş nazirin müavini və maliyyə naziri Kristia Friland Trüdo onu başqa vəzifəyə keçirmək qərarına gəldiyi üçün istefa verdiyini açıqlayıb. Həmin gün Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer hökumətdən istefa verdiyini açıqlayıb.
Bu, Baş nazirin kabinetinə nəzarət edə bilmədiyi üçün onun dərhal istefasını tələb edən müxalifətin və bir sıra ictimai xadimlərin tənqidinə səbəb olub. Üstəlik, bir neçə liberal deputat Trüdonun Kanada Liberal Partiyasının rəhbəri vəzifəsindən getməsinin lehinə çıxış edib.
Həmin axşam siyasətçi postunu tərk etmək fikrində olmadığını açıqlayıb. Dekabrın sonunda Kanada Yeni Demokratik Partiyasının lideri, əvvəllər Trüdoya sadiq olan Caqmet Sinq də söz vermişdi ki, onun partiyası 2025-ci ildə hökumətin istefasına səs verəcək. Son.az
Arabesk musiqisinin aparıcı adlarından olan Ferdi Tayfur 79 yaşında dünyas
6 yanvar 2025-ci il tarixi üçün bəzi bürclər üçün xüsusi şans vəd ed
Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində texniki nasaz
Bakteriyalarda antibiotiklərə qarşı müqavimət yaranması 40 milyon insanı
ABŞ-də şənbə günü yük qatarı keçərkən dəmir yolu körpüsü uçub,
"TASS" agentliyinin məlumatına görə, "Korrupsiya İstintaq İ
Belçikada Lyej məhkəməsi, Avropa Komissiyasının (AK) sədri Ursula fon der
Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtinası müqabilində NATO-ya
16 milyon insanın yaşadığı İstanbulun yerləşdiyi Mərmərə dənizi böl
SSRİ-nin yenidən doğulması bu və ya digər şəkildə 2025-ci ildə baş ve
VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əh
Suriya Maliyyə Nazirliyi fövqəladə tədbir olaraq nazirliklərin inzibati st