Qazaxıstan aviaşirkəti Rusiyaya uçuşları dayandırdı
Dünya 27 Dek 2024 12:27:00 70 0
"QAZAQ AIR" aviaşirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları müvəqqəti olaraq dayandırıb.
Bu xəbəri də oxu: Əsədin qohumu hava limanında saxlanıldı
Trend xəbər verir ki, bu barədə aviaşirkət öz "Telegram" kanalında məlumat yayıb.
"QAZAQ AIR" aviaşirkəti 28 dekabr 2024-cü ildən 27 yanvar 2025-ci il tarixinədək Astana-Yekaterinburq marşrutu üzrə aviareysləri müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qalıb.
Reyslərin dayandırılması sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyaya uçuşlarla bağlı davamlı olaraq aparılan risk qiymətləndirmələrinin nəticəsinə əsaslanır. Aviaşirkət hazırda risk qiymətləndirmə meyarlarına cavab verən Omsk və Novosibirsk istiqamətində uçuşları davam etdirir. Yekaterinburqa uçuşların bərpası risklərin yenidən qiymətləndirilməsindən sonra həyata keçiriləcək.
Ləğv edilmiş reyslərin sərnişinlərinə aviabiletin tam dəyəri qaytarılacaq və ya aviaşirkətin alternativ reyslərinə pulsuz bronlama təklif ediləcək", - "QAZAQ AIR"in məlumatında deyilir.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Azərbaycandan Qazaxıstana həkim və tibb bacıları qrupu göndəriləcək
Səhər saatlarında Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təy
1992-ci ildə Xocalını tərk etdiyim maşınla bu gün yenidən doğma torpaql
Azərbaycan Respublikası vətəndaşlarının tibbi müayinədən keçməsi (ti
Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında yaralananlar arasında qə
Türkiyədə 2025-ci ilin yanvar ayından etibarən ödənişli hərbi xidmət h
Yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.
Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə da
Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi sahəsində y
Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşd
Qulluq stajına görə diplomatik xidmət əməkdaşları və onların ailə üz
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə Milli Məclisin bu gün k
Vətəndaşlar hərbi vəzifələrinin icrası ilə bağlı elektron kabinet yar
Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, "Ramzan Kadıro
Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar