"11:00da icazə istəyiblər, qəza isə..." Qazaxıstan FHN detalları açıqladı
Digərləri 25 Dek 2024 15:15:00 59 0
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi (FHN) Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təfərrüatları açıqlayıb.
Bu xəbəri də oxu: Qəzaya uğrayan təyyarədə iki çeçenistanlı uşaq olub
Bu barədə Trend Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadən günü xəbər verir.
"Bu gün, 25 dekabr 2024-cü il, yerli vaxtla saat 11:00-da Aktau hava limanının (PDSP "Aktau") dispetçerindən Mangistau vilayəti Fövqəladə Hallar Departamentinə Bakı-Qroznı marşrutu üzrə uçan "Azerbaijan Airlines" aviaşirkətinə məxsus "Embraer 190AR" təyyarəsinin fövqəladə vəziyyət elan etdiyi və Aktau hava limanına eniş üçün icazə istədiyi barədə məlumat daxil olub. Təyyarənin gözlənilən eniş vaxtı saat 11:25 təyin edilib", - nazirliyin məlumatında bildirilir.
Qeyd olunur ki, dərhal hadisə yerinə Mangistau vilayəti Fövqəladə Hallar Departamentinin qüvvə və vasitələri göndərilib.
"Saat 11:30-da təyyarənin hava limanından 3 km məsafədə qəzaya uğradığı barədə məlumat daxil olub. Bununla əlaqədar FHN qüvvə və vasitələri yüksək hazırlıq rejiminə keçib. FHN Komanda Mərkəzində Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Milli Qvardiya, Xarici İşlər Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət Respublika Qərargahı yaradılıb. Ümumilikdə, qəza ilə bağlı əməliyyatlara 701 nəfər şəxsi heyət və mülki müdafiə xidmətlərinə məxsus 82 texnika cəlb edilib. Saat 11:45-də yanğın lokallaşdırılıb, saat 12:05-də isə tam söndürülüb. Saat 14:10-a olan məlumata görə, xəstəxanalara 29 nəfər, o cümlədən 2 uşaq yerləşdirilib. Hazırda xilasetmə işləri davam edir", - Qazaxıstan FHN məlumat yayıb.
Bildirilib ki, tibbi yardım göstərilməsi üçün Astanadan Aktauya sanitar aviasiya təyyarəsi göndərilib.
"Həmçinin, fövqəladə hallar naziri general-mayor Çingiz Arınov, fövqəladə hallar üzrə nazir müavini Keqen Tursınbayev və FHN fövqəladə hallar departamentinin rəhbəri hadisə yerində hökumət komissiyasının fəaliyyətini koordinasiya etmək üçün Aktauya yola düşüblər.
Hadisə ilə bağlı dəqiq məlumatların əldə olunması üçün qaynar xətt nömrələri fəaliyyət göstərir: Astana şəhərindəki Komanda Mərkəzi - 8-7172-55-96-21, 55-96-83; Mangistau vilayəti FHN - 8-7292-31-90-91. Hazırkı vaxtadək qaynar xəttə ümumilikdə 272 zəng daxil olub. Xilasetmə və bərpa işlərinin gedişi ilə bağlı məlumatların yenilənməsi gözlənilir", - məlumatda qeyd olunur.
Prezident İlham Əliyev təyyarə qəzasının səbəblərinin araşdırılmas�
AZAL-ın qəzaya uğrayan təyyarəsində Zaqataladan 8 nəfər olub.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, təy
Xəbər verdiyimiz kimi, bu gün "Azərbaycan Hava Yolları"na məxsu
Bakı-Qroznı reysini həyata keçirən "Azərbaycan Hava Yolları" QS
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınl�
ABŞ-nin keçmiş prezidenti Bill Klinton qrip virusuna yoluxması səbəbilə x
Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv �
Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-ı
Xəbər verdiyimiz kimi , "Azərbaycan Hava Yolları" aviaşirkətini
AZAL J2-8243 nömrəli Bakı-Qroznı reysində qəzaya düşən və sağ qalan s
Təyyarə qəzasında sağ qalanlardan 14-ü Azərbaycan vətəndaşıdır
İngiltərə Premyer Liqa klublarından "Aston Villa" heyətini türk
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi b
AZAL-dan Son.az-a verilən məlumata görə, təyyarədə olanların adları a�