Tanınmış iş adamı öldü
Digərləri 06 Fev 2025 20:30:00 74 0
1980-ci illərdə İngiltərənin ən varlı şəxslərindən biri olan məşhur kiprli iş adamı Asil Nadir 83 yaşında vəfat edib.
Bu xəbəri də oxu: Gəncədə ər və arvadı maşın vurdu
Son.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Asil Nadirin son illərdə tənəffüs problemləri səbəbindən tez-tez xəstəxanaya müraciət etdiyi bildirilir. O, uzun sürən müalicələrə baxmayaraq, fevralın 6-da dünyasını dəyişib.
Qeyd edək ki, Asil Nadir 1941-ci ildə Kiprin Lefkə şəhərində anadan olub. 1961-ci ildə ailəsi Londona köçəndə o, İstanbul Universitetinin İqtisadiyyat fakültəsində təhsil alıb. Daha sonra təhsilini yarımçıq qoyaraq iş dünyasına atılıb və Londonda yerləşən Wear Well geyim şirkətini satın alıb.
İş dünyasında uğurlu karyera quran Nadir, 1980-ci illərdə Sunday Times qəzeti tərəfindən dünyanın ən varlı insanları arasında 11-ci yerə layiq görülüb. O, Türkiyədə də tanınmış iş adamlarından biri olub və 1988-ci ildə "Günaydın" qəzetini alaraq Türkiyə mediasına investisiya qoymağa başlayıb. Daha sonra "Günəş", "Tan" qəzetləri və "Nokta" jurnalını da alıb.
Tanınmış iş adamının vəfatı iş dünyasında dərin kədərlə qarşılanıb.
Fidan Son.az
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkəl�
Fransa Parisdəki "Rus Evi"nin hesablarını dondurub.
Məşhur aparıcı Armağan Çağlayan açıqlaması ilə hər kəsi kədərlən
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinin tikin
Türkiyə xarici işlər naziri Hakan Fidan və Rusiya xarici işlər naziri Ser
Azərbaycanda fevralın 12-də xüsusi müsadirə edilmiş əmlakların hərrac�
Deportasiya rejiminə tabe olan bütün qeyri-qanuni miqrantlar əcnəbilərə b
Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüat
Saxta "Himalay duzu"nun satışı ilə bağlı daxil olan müraciət �
"OpenAİ" şirkəti "ChatGPT" süni intellekt proqramında p
"Kanal S"də yayımlanan "Sözün bitdiyi an" verilişinin �