Silk Way AFEZCO və FF Construction Silk Way Cargo Villagein birgə inşası üçün razılaşma imzalayıblar
Digərləri 24 Dek 2024 16:55:00 66 0
Silk Way Alat Free Economic Zone (SW AFEZCO) şirkəti yeni inkişaf mərhələsinə qədəm qoyaraq FF Construction ilə Ələt Azad İqtisadi Zonasında (AFEZ) yerləşən Silk Way Cargo Village karqo kəndinin genişləndirilməsi layihəsinə dair əlamətdar razılaşma imzalayıb. Razılaşma Silk Way Cargo Village karqo kəndinin əsas tərkib hissəsi olacaq üç obyektin - hava nəqliyyatına nəzarət mərkəzi, biznes aviasiyası terminalı və yanğınsöndürmə stansiyasının layihələndirilməsi, mühəndislik işləri və tikintisini əhatə edir.
Bu xəbəri də oxu: Bu şəxslərə ŞAD XƏBƏR Yanvarın 1dən maaşı artacaq
Hava nəqliyyatına nəzarət mərkəzi hava hərəkətinin mükəmməl idarə olunmasını və təhlükəsizliyini təmin edəcək, müasir radar və rabitə sistemləri ilə yanaşı, enerjiyə qənaətcil və dayanıqlı infrastrukturla təchiz olunacaq. Biznes aviasiya terminalı xüsusi gömrük zonaları, VIP-zallar və perrona birbaşa çıxış ilə özəl aviasiya üçün mükəmməl xidmətlər təqdim edəcək və regional biznes aviasiyası üçün yeni standartlar müəyyən edəcək. Öz növbəsində, yanğınsöndürmə stansiyası qabaqcıl avadanlıq və nəqliyyat vasitələri ilə fövqəladə hallara sürətli cavab verəcək, suyun emalı və təkrar istifadəsi kimi dayanıqlı həllərə müraciət edərək ətraf mühit məqsədlərinə uyğunlaşacaq.
Bu obyektlər yaşıl və dayanıqlı infrastruktur üzrə beynəlxalq standartlara uyğun şəkildə inşa ediləcək. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) texniki dəstəyi "Yaşıl hava limanı" sertifikatının əldə olunmasına töhfə verəcək, yerli tənzimləyici orqanlarla əməkdaşlıq isə hava limanının gələcək inkişafı üçün maksimum səmərəlilik və çevikliyi təmin edəcək.
"Razılaşma Azərbaycanda dünya səviyyəli logistika mərkəzi qurmaq istiqamətində vacib addımdır", - deyə SW AFEZCO-nun icraçı direktoru Cavad Dbila qeyd edib: "FF Construction ilə əməkdaşlığımız, aviasiya və logistika sahələrində innovativ, effektiv və dayanıqlı həllər təqdim etmək öhdəliyimizi əks etdirir".
FF Construction şirkətinin direktoru Ayaz Soltanov isə SW AFEZCO ilə bu transformativ layihə üzrə əməkdaşlıqdan son dərəcə məmnun olduğunu bildirib: "Mürəkkəb infrastruktur layihələrinin həyata keçirilməsində geniş təcrübəmiz onu deməyə əsas verir ki, bu obyektlər keyfiyyət və dayanıqlılıq üzrə yeni meyarlar təyin edəcək və Azərbaycanın logistika ekosistemini gücləndirəcək".
Layihənin 2026-cı ildə tamamlanması planlaşdırılır ki, bu da regional əlaqələri daha da gücləndirəcək və dayanıqlı iqtisadi inkişafa dəstək verəcək.
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən e
Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrinin dinc və müharib�
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işl�
Müğənni Serdar Ortaçın 3 il həbsi tələb edilib.
Ən çox narahatlıq doğuran hallardan biri də öskürəkdir. Havalar soyuduqc
Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşı
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum gün
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum gün
Dələduzluqda ittiham olunan Əhmədova İlahə Yaşar qızının cinayət işi
Ermənilər bu dəfə Xalq artisti Brilliant Dadaşovanın "Yeni il" m
Bəzi pendirlər marketlərdən yığışdırılır.
16 dekabr tarixində "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkas
Suriya hakimiyyəti rəsmi olaraq ölkədə katolik Milad bayramının istirahə