Məhkəmələrdə inzibati xətalarla bağlı protokol tərtib edən vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi
Siyasət 24 Dek 2024 16:47:00 53 0
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.
Bu xəbəri də oxu: Prezident: Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir
Son.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, siyahıdakı dəyişiklik aşağıdakılardır:
Məcəllənin 517-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
Əmlaka zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulmasına münasibətdə:
İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - bu Siyahının 1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
İnzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanları adından - bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
Əhalinin sağlamlığına zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə:
İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından - bu Siyahının 3-cü hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından - bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
Ətraf mühitə zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından - bu Siyahının 19-cu hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;
Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsinə yardım göstərilməməsinə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından - fövqəladə hallar naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə rəisi, onun müavini, idarə rəisi, onun müavini, regional mərkəzlərin rəisləri, onların müavinləri, Mülki Müdafiə Qoşunlarının komandanı, onun müavinləri, Mülki Müdafiə Qoşunları hərbi hissələrinin komandirləri, onların müavinləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, onun müavinləri, Xüsusi Riskli Xilasetmə Xidməti hərbi hissələrinin komandirləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, onun müavinləri.
Müğənni Serdar Ortaçın 3 il həbsi tələb edilib.
Ən çox narahatlıq doğuran hallardan biri də öskürəkdir. Havalar soyuduqc
Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşı
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum gün
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum gün
Dələduzluqda ittiham olunan Əhmədova İlahə Yaşar qızının cinayət işi
Ermənilər bu dəfə Xalq artisti Brilliant Dadaşovanın "Yeni il" m
Bəzi pendirlər marketlərdən yığışdırılır.
16 dekabr tarixində "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkas
Suriya hakimiyyəti rəsmi olaraq ölkədə katolik Milad bayramının istirahə
Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən Əhsən Dadaşovun 100 illi
Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsin
Türkiyəli müğənnilərin yeni il gecəsi qazanacaqları qonorarlar açıqlan