Banklardan depozitlər geri çəkilir SƏBƏB
Digərləri 24 Dek 2024 12:15:00 66 0
Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib. Bu hadisə insanların marağına səbəb olan sualı ortaya çıxarır:
Bu xəbəri də oxu: Yeni il gecəsi yastığınızın altına qoyun
Niyə şirkətklər birdən-birə bu qədər pulu banklardan geri çəkib?
Məsələ ilə bağlı Son.az-a iqtisadçı Eldəniz Əmirov açıqlama verib.
"Adətən dünya təcrübəsində şirkətlər bankalardan pulu geri çəkillərsə, nəzəri cəhətdən bunun bir neçə səbəbi olur. Birinci səbəb bank depozitləri üzrə gəlir vergisi ilə bağlı dəyişikliklər; ikincisi, devalvasiya ehtimalı; üçüncü, alternativ investisiya imkanları, dördüncü banklara etimadın azalması, beşincisi, faiz dərəcələrinin dəyişməsi; altıncısı, iqtisadi qeyri-müəyyənliklər və nəhayət yeddincisi, nəğdsiz ödənişlər üzrə öhdəlikləri göstərmək olar. Bu səbəblər arasında depozitləri üzrə gəlir vergisi ilə bağlı dəyişiklikləri, banklara etimadın azalmasını, iqtisadi qeyri-müəyyənlikləri və faiz dərəcələrinin dəyişməsi hallarını birmənalı olaraq istisna edə bilərik".
O bildirib ki, digər üç səbəbin hər birinin bu azalmada müəyyən qədər payı ola bilər. Hökümətin makroiqtisadi proqnozlarında 2025-ci ildə devalvasiyanın olmayacağına dair gözləntilər olsa da şirkətlər buna tam güvənməyə bilər. Və yaxud şirkətlərin nəğdsiz ödənişlər üzrə (qeyri-rəsmi) öhdəlikləri ola bilər ki, il sonuna bunu ödəmək üçün pulların geri çəkilməsi mümkündür. Həmçinin alternativ investisiya imkanlarının yaranması şirkətləri depozitlərini geri çəkməsinə səbəb ola bilər. Bura ölkə daxilində və xaricində daşınmaz əmlaklar almaq, investisiya yatırmaq, səhm, kriptovalyuta və digər aktivlər üzrə əməliyyatlar da aid ola bilər. "Xülasə, hansı səbəbin daha çox rol oynadığını dəqiq söyləmək üçün depozit geri çəkən şirkətlər və məbləğlər barəsində məlumatlar olmalıdır". Aysel Əkbər Son.az
Bu gün Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olan, tarixə M
Sankt-Peterburqda 16 yaşlı qız sevgilisi ilə birlikdə araq içdikdən sonr
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan
Bakının Sabunçu rayonu, Zabrat - 2 qəsəbəsində yanacaqdoldurma məntəqə
Bəzi qidaların soyuducuda saxlanması təhlükəlidir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla minimu
Kanal D-də yayımlanan və izlənmə rekordları qıran "Sihirli annem&quo
Bürclərin bir-biri ilə necə uyğunlaşdığına dair müxtəlif fikirlər v�
Gədəbəydə 36 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası alıb.
Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Az
Cənubi Afrikadan Beandri Buysen vaxtından əvvəl qocalma sindromu (progeriya)
"Qalatasaray"ın futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaş�
Bu gün Astara rayonunun bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin