Saxta diplomlarla bağlı mühüm xəbər
Digərləri 24 Dek 2024 12:28:00 53 0
"Təəssüf hissi ilə qeyd edirəm ki, bəzi şəxslər saxta diplomlar əsasında onlayn müraciətlər həyata keçirirlər. Biz belə halları demək olar ki, hər gün aşkarlayırıq".
Bu xəbəri də oxu: Yeni il gecəsi yastığınızın altına qoyun
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, hətta 2021-2022-ci illərdə saxta diplomlar əsasında verilən 9 şəhadətnaməni aşkarlayaraq ləğv etdik:
"Bunun aşkarlanması necə baş verdi? Agentliyə edilən müraciətlər üzrə ekspertiza aparılarkən Türkiyə Respublikasının Karabük Universiteti tərəfindən verildiyi iddia edilən 6 diplomun saxta olduğunu aşkarladıq və buna görə cari ildə tanınma ilə bağlı həmin müraciətlərə imtina qərarı verdik. Bu, bizdə ciddi şübhə yaratdığı üçün sözügedən universitetin adından əvvəlki illərdə də verilən diplomları yenidən araşdırdıq və Türkiyənin aidiyyəti qurumlarına sorğu göndərdik".
Tural Əhmədovun sözlərinə görə, nəticədə 2021-ci ildə 1 nəfərə, 2022-ci ildə 8 nəfərə münasibətdə ümumilikdə 9 nəfərin saxta diplom müraciəti əsasında verilmiş şəhadətnamələr müvafiq əmrlə ləğv edilib:
"Son vaxtlar şəhadətnamələrin saxtalaşdırılması cəhdlərini də görürük və bu çağırışların qarşısını almaq üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görülür. Bundan əlavə, işəgötürənlər təqdim edilən şəhadətnamələrin həqiqiliyini səhifəmiz üzərindən onlayn yoxlamaq imkanı qazanıblar. Bu kimi halların qarşısını almaq məqsədilə bir daha işəgötürənlərə səslənib müvafiq şəhadətnamələrin həqiqiliyini Agentliyin səhifəsindən yoxlamalarını tövsiyə edirik".
Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfi
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidentləri Robert
Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox dep
Bu gün Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri olan, tarixə M
Sankt-Peterburqda 16 yaşlı qız sevgilisi ilə birlikdə araq içdikdən sonr
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan
Bakının Sabunçu rayonu, Zabrat - 2 qəsəbəsində yanacaqdoldurma məntəqə
Bəzi qidaların soyuducuda saxlanması təhlükəlidir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla minimu
Kanal D-də yayımlanan və izlənmə rekordları qıran "Sihirli annem&quo
Bürclərin bir-biri ilə necə uyğunlaşdığına dair müxtəlif fikirlər v�
Gədəbəydə 36 yaşlı kişi ehtiyatsızlıqdan güllə yarası alıb.
Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Az