İntizam tənbehi verilmiş gömrükçülər bəraət alanadək xüsusi rütbələrə təqdim edilməyəcəklər
Digərləri 19 Dek 2024 17:50:00 101 0
Gömrük orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti araşdırma qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilməyəcəklər.
Bu xəbəri də oxu: Türkiyədə helikopter xəstəxanaya çırpıldı Ölənlər var YENİLƏNİB
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alırlar.
Gömrük orqanlarının sərəncamında olan (intizam tənbehi qaydasında vəzifədən azad edilərək sərəncamda olan işçilər istisna olmaqla), həmçinin barəsində cinayət işi başlanmış və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan işçi vəzifəyə təyin olunduqda, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildikdə və ya məhkəmənin hökmü ilə bəraət aldıqda, yaxud xidməti araşdırma nəticəsində müsbət rəy aldıqda onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.
Gömrük orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların gömrük orqanlarındakı xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.
Dünyanın ən gözəl qadınları arasında sayılan rus qadınları sağlam d�
Nəsimi rayonu, Moskva prospektində qaz xəttinin yerinin dəyişdirilməsi mə
Bitkoinin qiyməti 107 min dollar həddini keçərək tarixi rekordunu yeniləy
"Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə mal
Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a daha bi
"Mənim yekə-yekə danışan baldızım..."
"Qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya
Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim
İlon Mask və onun raket şirkəti SpaceX təhlükəsizlik protokollarına əm�
Məşhur iş adamı İbrahim Umur Akal malikanəsində ölü tapılıb.
"Suriyadakı hadisələr Amerika və sionistlərin birgə planının məhsu
Donald Tramp Ərdoğanı "çox güclü hərbi qüvvəyə malik, çox sərt
Suriya Prezidenti Bəşər Əsədin şəxsi sərvəti ilə bağlı yeni məlumat
Müğənni Nura Surinin oğlu, kikboksçu Xosrov Səttarov Amerikada dünya çem