"Hyundai"nin fabrikində 3 nəfər müəmmalı şəkildə öldü FOTO
Digərləri 29 Noy 2024 10:04:00 134 0
"Hyundai"nin fabrikində 3 nəfər müəmmalı şəkildə ölüb.
Bu xəbəri də oxu: Yuxu gətirən qidalar
Son.az Reuters-ə istinadla xəbər verir ki, Cənubi Koreyada "Hyundai"nin test olunduğu otaqda 3 nəfərin meyiti tapılıb.
Onlardan ikisi tədqiqatçı, biri isə podratçı olub. 3 nəfərin tüstüdən boğularaq öldüyü ehtimal edilir.
İşçilərin "Hyundai"nin amartizasiya sistemini test etdikləri qeyd olunub.
Ulsan şəhərində polis zabiti bildirib ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Yanğınsöndürmə idarəsinin rəsmisi "Reuters"ə verdiyi açıqlamada saat 15:17-də "Hyundai"nın 4-cü zavodunda qəza baş verdiyi barədə məlumat aldığını qeyd edib.
"Hyundai Motor Company" bəyanatında bildirib: "Cənubi Koreyanın Ulsan şəhərində yerləşən zavodumuzda baş vermiş hadisədən dərin kədər hissi keçiririk." Şirkət əlavə edib ki, "bu hadisənin səbəbinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlarla tam əməkdaşlıq ediləcək."
Qeyd edək ki, Ulsan zavodu "Hyundai"nın ən böyük istehsal müəssisəsidir. Öz limanına malik olan bu zavod ildə 1,4 milyon avtomobil istehsal gücünə malikdir ki, bunun 1,1 milyonu ixrac olunur.
Keçən ilin noyabr ayında Hyundai Motor Cənubi Koreyada elektrik avtomobilləri istehsalına həsr olunmuş 2 trilyon von (1,44 milyard ABŞ dolları) dəyərində yeni zavodun tikintisinə başlamışdı. Bu addım şirkətin benzinlə işləyən avtomobillərdən uzaqlaşmaq strategiyasını sürətləndirmək məqsədini güdür.
İslam Son.az
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini m
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Azərbaycan Mərkəzi Bankı (AMB) 29 noyabr tarixindən etibarən valyuta məz�
Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasi
Gürcüstan vətəndaşı 27.11.2024-cü il tarixdə 1957-ci il təvəllüdlü Q
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzada əmin-amanl
Astroloqlar hər bir bürc haqqında hər kəsin bilmədiyi bir fakt haqda məlu
Rusiya Prezidenti Vladimir Putin cümə axşamı keçmiş Almaniya Kansleri Ange
Hamiləliyin onlayn izlənilməsi modulu hazırlanır.
ABŞ-də 44 il əvvəl yoxa çıxmış bir cütlüyə aid olduğu güman edilən
Cammu və Kəşmirdə cümə axşamı 5,8 bal gücündə zəlzələ baş verib,
Naxçıvan şəhəri üzrə avtobusların 16%-i elektriklə işləyir.
Türkiyə musiqisinin ən güclü səslərindən biri Sertap Erener Azərbaycana
Dünya avtomobillərsiz daha yaxşı bir yer ola bilərmi sualı cəmiyyətdəki
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm