Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir?
Digərləri 29 Noy 2024 09:56:00 139 0
Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.
Bu xəbəri də oxu: Bakıda tanınmış iş qadını vəfat etdi
Son.az xəbər verir ki, mirasda məcburi payın həcminin müəyyənləşdirilməsi ilə bağlı qəbul edilən qərarda qeyd edilir ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.
Qanun miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi, əmlakını da istədiyi şəxsə verə bilər. İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır.
Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir. Ona görə də məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər. Mülki Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
Məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Azərbaycan Mərkəzi Bankı (AMB) 29 noyabr tarixindən etibarən valyuta məz�
Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasi
Gürcüstan vətəndaşı 27.11.2024-cü il tarixdə 1957-ci il təvəllüdlü Q
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzada əmin-amanl
Astroloqlar hər bir bürc haqqında hər kəsin bilmədiyi bir fakt haqda məlu
Rusiya Prezidenti Vladimir Putin cümə axşamı keçmiş Almaniya Kansleri Ange
Hamiləliyin onlayn izlənilməsi modulu hazırlanır.
ABŞ-də 44 il əvvəl yoxa çıxmış bir cütlüyə aid olduğu güman edilən
Cammu və Kəşmirdə cümə axşamı 5,8 bal gücündə zəlzələ baş verib,
Naxçıvan şəhəri üzrə avtobusların 16%-i elektriklə işləyir.
Türkiyə musiqisinin ən güclü səslərindən biri Sertap Erener Azərbaycana
Dünya avtomobillərsiz daha yaxşı bir yer ola bilərmi sualı cəmiyyətdəki
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm
50 yaşdan sonra sağlamlığı qorumaq və həyat keyfiyyətini artırmaq üç�