AQTA sahibkaralara müraciət etdi:


Digərləri 27 Noy 2024 11:25:00 123 0

AQTA sahibkaralara müraciət etdi:

AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib.

Son.az bildirir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində "Qida təhlükəsizliyi haqqında" Qanuna uyğun olaraq, Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin edilməsi ilə bağlı sahibkarlara müraciət ünvanlayıb.

AQTA bildirir ki, müvafiq qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. İri sahibkarlıq subyektləri müvafiq Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il müddətində HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır. Qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyunca təhlükə və risk analizinin aparılmasını təmin edir. Müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır. 

Qeyd edək ki, Agentlik tərəfindən müvafiq qida obyektlərində aparılan planlı yoxlamalar zamanı müəssisənin HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir. Bundan əlavə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.1-ci maddəsinə əsasən aparılan təkrar yoxlama zamanı verilmiş göstərişlərin icrası vəziyyəti yoxlanılır və aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı təqdirdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunur.

Ölən şəxsin kimsəsi yoxdursa, cəsədi yandırıla bilər like
  • 27 Noy 11:20  
Digərləri Ölən şəxsin kimsəsi yoxdursa, cəsədi yandırıla bilər

Bu gün dünyanın müxtəlif ölkələrində yüzminlərlə azərbaycanlı yaş

arrow Ətraflı
Kamaləddin Qafarov: “COP29un nəticələri bütün  bəşəriyyətə xidmət edəcək” like
  • 27 Noy 11:15  
Digərləri Kamaləddin Qafarov: “COP29un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”

"BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəf

arrow Ətraflı
"BYD" Bakıda bazarı "ələ keçirir"  Bu qurum da like
  • 27 Noy 11:11  
Digərləri "BYD" Bakıda bazarı "ələ keçirir" Bu qurum da

Avtomobil Yollarının Mühafizə Xidməti yeni avtomobillər alıb.

arrow Ətraflı
Arvadını öldürə bilməyən ər 14 il cəza aldı like
  • 27 Noy 11:10  
Kriminal Arvadını öldürə bilməyən ər 14 il cəza aldı

Bakının Səbail rayonunda həyat yoldaşını öldürməyə cəhddə ittiham o

arrow Ətraflı
Putin sevimli pivəsinə görə like
  • 27 Noy 11:06  
Dünya Putin sevimli pivəsinə görə

Rusiya prezidenti Vladimir Putin 2007-ci ildə Almaniyada keçirilən Səkkizlə

arrow Ətraflı
Türkiyədə güclü zəlzələ oldu like
  • 27 Noy 11:01  
Digərləri Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə səhər saatlarında 4,3 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Azadlığa buraxılan Serdar Ortaçdan diqqətçəkən paylaşım : "Tövbə etdim" like
  • 27 Noy 11:00  
Şou-biznes Azadlığa buraxılan Serdar Ortaçdan diqqətçəkən paylaşım : "Tövbə etdim"

Qərardan sonra məşhur müğənni bağlanan sosial media hesablarını yenidə

arrow Ətraflı
"Bacım məni tanımır"  Təranənin qızı  VİDEO like
  • 27 Noy 10:35  
Şou-biznes "Bacım məni tanımır" Təranənin qızı VİDEO

"Sonuncu dəfə iki həftə qabaq yanına getmişəm. Təssüf ki bacım m�

arrow Ətraflı
Evə ehtiyacı olan şəhid ailələri ilə bağlı like
  • 27 Noy 10:26  
Digərləri Evə ehtiyacı olan şəhid ailələri ilə bağlı

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzə

arrow Ətraflı
3 yaşlı qızın şübhəli ölümü like
  • 27 Noy 10:20  
Dünya 3 yaşlı qızın şübhəli ölümü

Ankaranın Ayaş qəsəbəsində yaşayan Nuriye S. 19 noyabr saat 08:30 radəl

arrow Ətraflı
Zümrüd Yağmur axtarışa verildi like
  • 27 Noy 10:16  
Kriminal Zümrüd Yağmur axtarışa verildi

Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində məhkəm�

arrow Ətraflı
Səidə illərdir küsülü olduğu Brilliant Dadaşovayla barışıb? like
  • 27 Noy 10:10  
Şou-biznes Səidə illərdir küsülü olduğu Brilliant Dadaşovayla barışıb?

Müğənni Səidə Dadaşova xalq artisti Brilliant Dadaşovadan söz açıb.

arrow Ətraflı
BDYP hərəkət iştirakçılarına like
  • 27 Noy 10:05  
Digərləri BDYP hərəkət iştirakçılarına

Payız-qış mövsümü üçün xarakterik olan yağışlı, çiskinli havalar y

arrow Ətraflı