COP29un prezidenti Bakıda iqlim razılaşmasını pozmağa cəhd edənlərdən danışdı
Digərləri 26 Noy 2024 11:36:00 176 0
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev sənayecə inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərinin artırılmasına qarşı çıxış etməsinin Bakıda keçirilən iqlim sammitini az qala pozduğunu bildirib.
Bu xəbəri də oxu: Baş nazir vacib Sərəncam imzaladı
Trend xəbər verir ki, bu barədə o, "The Guardian" qəzetində dərc olunan məqaləsində yazıb.
"COP29-un bitməsinə iki gün qalmış Qlobal Cənubdan olan ölkələr - inkişaf etməkdə olan 100-dən çox dövlət sənayecə inkişaf etmiş ölkələrin 250 milyard dollar məbləğində töhfəsini nəzərdə tutan maliyyə paketini rədd etdi", - deyə o, "The Guardian" qəzetində dərc olunan məqaləsində qeyd edib.
O əlavə edib ki, inkişaf etməkdə olan bazarlar və kiçik ada dövlətləri iqlim dəyişikliyində məsuliyyət daşımır və bir çoxları bu ilkin rəqəmi qeyri-kafi hesab edərək qəbul etmədi.
Bununla belə, zəngin ölkələrin müqavimətinə baxmayaraq, Azərbaycan tərəfi məbləğin 300 milyard dollara qədər artırılmasına nail olub. Lakin Muxtar Babayevin sözlərinə görə, hətta bu mühüm irəliləyiş iqlim dəyişikliyinin fəlakətli təsirlərini önləmək üçün tələb olunan 1 trilyon dollar həcmində minimal məbləğə çatmaq üçün kifayət etmir.
"Razılaşdırılmış 300 milyard dollar, əvvəlki gün təklif olunan 250 milyard dollardan irəliyə doğru bir addımdır və bu artım tamamilə danışıqlar qrupumuzun əzmkarlığı sayəsində əldə edildi", - deyə o vurğulayıb.
Prezident sənayecə inkişaf etmiş ölkələri danışıqların əvvəlki mərhələlərində "təəssübkeşlik" göstərməkdə tənqid edib.
Muxtar Babayev, həmçinin, Qlobal Cənub ölkələrinin maliyyə təkliflərinin gec açıqlanmasından narazı olduğunu qeyd edib.
"Bu yanaşma haqlı olaraq prosesə gerçək bir görünüş verdi", - deyə o bildirib.
Braziliyanın Belen şəhərində keçiriləcək COP30 sammiti ərəfəsində COP29 prezidenti Bakıda əldə edilən razılaşmanın yalnız yolun başlanğıcı olduğunu qəbul edib.
"Bakıda əldə edilən razılaşmalar antropogen iqlim dəyişikliyinin təsirlərini yavaşlatmağa kömək edəcək, lakin bu kifayət deyil. Kim ödəməlidir sualı ətrafında müzakirələr davam edir. Biz hərəkətləri nə qədər gecikdirsək, xərclər bir o qədər çoxalır", - deyə M.Babayev yekunlaşdırıb.
Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəisi Mehman Haşımov rüşvət alm
Xəzər Rayon Məhkəməsində "Vətən-N Mühafizə" MMC-yə yazılan
Türkiyənin təsərrüfat və meşə nazirliyi insan sağlamlığını təhlü
Azərbaycanda məişət zorakılığına qarşı mübarizə ilə bağlı yeni f�
Azərbaycan Respublikasının Ali Məhkəməsi kredit müqaviləsindən irəli g
Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətl�
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən He
Ümumitəhsil müəssisələrində çalışan müəllimlər 65 yaşına çatdıq
Son illər "Azpulmat" və "Manato" kimi bank olmayan kredit
Azərbaycanda icbari tibbi sığorta sistemi, əhalinin yüksək keyfiyyətli ti
Milli Hidrometeorologiya Xidmətinin 26 noyabr saat 9:00-a olan məlumatına əs
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 26-sı saat 9:00-a olan məlumat�