Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib
Digərləri 24 Noy 2024 22:58:00 131 0
Vençur fondları ilə bağlı Azərbaycan qanunvericiliyinə dəyişiklik edilməsi təklifi təsdiqlənmə üçün hökumətə göndərilib.
Bu xəbəri də oxu: Təyyarə qəzasının bütün təfərrüatları bundan sonra məlum olacaq
Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.
"Vençur fondları ilə bağlı Azərbaycan qanunvericiliyinə dəyişiklik edilməsi istiqamətində fəal iş aparılır. Hazırda bizim təklifimiz artıq tamamlanaraq hökumətə göndərilib. Hazırda hökumət səviyyəsində, o cümlədən müxtəlif dövlət qurumlarının iştirakı ilə danışıqlar aparılır", - deyə o bildirib.
İ.Vəliyeva vurğulayıb ki, hökumət süni intellekt üzrə milli strategiyanı da müzakirə edir.
Qeyd edək ki, hazırda Azərbaycan Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə ikinci vençur fondunun yaradılması üçün vəsaitlərlə danışıqlar aparır.
Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir. Son.az
Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadi
Bir neçə gün əvvəl Heyli Biberin 28 yaşı tamam olub. Bu yaxınlarda ilk d
İstanbulun Böyükçekməcə rayonunun Celaliye məhəlləsində yaşayan Bahad
Saratov vilayətinin (Rusiya) Marks şəhərində küçədə insident zamanı bi
Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub.
Az büdcə ilə istirahət etmək üçün yaradıcılıq və planlama vacibdir.
Başda, beyində Skleroz əleyhinə, damar genişləndirici, ürək və beyin da
Avropa İttifaqı (Aİ) komissiyasının təhlükəsizlik və xarici siyasət ü
Lombardlarla bağlı son zamanlar bəzi şikayətlər daxil olur.
Bukingem Sarayı qarşıdakı üç il ərzində dövlət səfərlərinə bağlı
Avroviziya təmsilçimiz Safura Əlizadə mərhum qayınatası, sabiq nazir Nati
Qərbi Azərbaycandakı Amasiya qəsəbəsinin Ağbaba rayonunda azərbaycanlıl
Rusiyada möhkəmləndirilmiş otaqlar (bunker) satışa başlanılıb.
Naxçıvan şəhərində zəncirvari qəza olub, 5 avtomobil toqquşub.