Azərbaycanda qardaş bacısını döydü
Kriminal 23 Noy 2024 00:35:00 121 0
Quba rayonunda 1989-cu il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Hicrana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Bu xəbəri də oxu: Xaçmazda ata oğlunu bıçaqladı
Son.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 3 may 2024-cü ildə, saat 15 radələrində Quba rayonunun kəndində baş verib. Fərhad yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bacısı Hicranın üz nahiyyəsindən qəsdən yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fərhadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bacısının həyat yoldaşı işləmək üçün Bakı şəhərinə getdiyinə görə bacısı müvəqqəti olaraq onun evində yaşayıb: "Mayın 3-də, saat 15 radələrində dəhlizdə olduğum zaman bacım Hicranın otaqda yüksək səslə qışqırdığını eşidərək onun olduğu otağa girdim. Həmin vaxt aramızda söz mübahisəsi yarandı. Mən əsəbi olduğum üçün yumruqla Hicranın üz nahiyyəsindən bir dəfə vurdum. Aramızda olan mübahisə təxminən 3-5 dəqiqə davam etdi. Orada ikimizdən başqa kimsə olmayıb".
İş üzrə zərərçəkmiş Hicranın sözlərinə görə, əri işləmək üçün Bakı şəhərinə getdiyi üçün öz evində tək qalmamaq üçün anasının evində bir müddət yaşayıb: "Mayın 3-də, saat 15 radələrində anamın evində olarkən uşağım nadinclik etdiyinə görə ona yüksək səslə irad bildirdim. Bunun üçün, qardaşım Fərhad üzərimə gəldi və üzümdən yumruqla vurdu. Ərim Bakı şəhərindən Quba şəhərinə qayıtdıqdan sonra qardaşımın əməlindən Quba Rayon Polis Şöbəsinə şikayət etdim".
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərhad 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra nazirlik və idarələrin r
Türkiyənin məşhur aktrisası Perihan Savaş qatıldığı bir proqramda 1995
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla müqavilənin ilin sonu
Aparıcı İlqar Mikayıloğlu açıqlaması ilə diqqət çəkib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Sürücülərdən biri iddia edir ki, avtomobilində şüşə örtüyündən (&q
"Ukrayna dairəsi"ndə yol hərəkətinin təkmilləşdirilməsi məqs
Türkiyənin İstanbul şəhərində azərbaycanlı olduğu deyilən şəxsin ma
Böyük Britaniya hökuməti İsrailin Baş naziri Benyamin Netanyahu ölkəyə
Bakıda keçirilən COP29 konfransı 11-22 noyabr tarixlərini əhatə etməli i
"Müğənniyə "3+3 neçə edir" sualının verilməsinin əleyhinəyəm, ola bi
Şəkidə ikisi azyaşlı olmaqla üç nəfəri sahibsiz it dişləyib.
Ömrünün sonuna çatan insanlara səkkiz ildən çox vaxt sərf edən tibb bac
Dostunun nömrəsi ilə yazıb 230 manat pulunu mənimsədilər...