OPEC Beynəlxalq İnkişaf Fondu iqlim portfelini genişləndirir Prezident


Digərləri 22 Noy 2024 08:34:00 110 0

OPEC Beynəlxalq İnkişaf Fondu iqlim portfelini genişləndirir  Prezident

OPEC Beynəlxalq İnkişaf Fondu öz iqlim portfelini əhəmiyyətli dərəcədə genişləndirir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə məlumat verib.

"Bildiyiniz kimi, OPEC Fondu iki il əvvəl İqlim Maliyyələşdirilməsi üzrə Fəaliyyət Planını işə salıb. Bu, olduqca iddialı bir plandır. 2021-ci ildə portfelimizin cəmi 20 faizi iqlimlə bağlı idi, lakin 2025-ci ilə qədər bu göstəricini 25 faizə, 2030-cu ilə qədər isə 40 faizə çatdırmağı hədəfləmişdik. Ötən il artıq 2025-ci il üçün nəzərdə tutulan hədəfi aşmışıq - 2023-cü ildə layihələrimizin 34 faizi iqlimlə əlaqədar olub. Biz planlaşdırdığımızdan daha sürətlə irəliləyirik", - deyə o vurğulayıb.

Bundan əlavə, fond iqlimə uyğunlaşma və iqlim dəyişikliyinin təsirinin azaldılması sahəsində də fəal işləyir.

Əl-Xəlifə digər qurumlarla əməkdaşlığın vacibliyini və biomüxtəliflik kimi problemlərin həlli istiqamətində uğurlu addımları qeyd edib.

"Məsələn, ötən il COP28-də biz Asiya İnkişaf Bankı ilə tərəfdaşlıq çərçivəsində təbiət problemləri və biomüxtəlifliklə məşğul olan "təbiət həlləri" mərkəzini istifadəyə verdik", - deyə o əlavə edib.

Əl-Xəlifə bildirib ki, OPEC Fondu "təmiz enerji" ilə yemək bişirilməsinin (clean cooking) təşviqi üçün digər qurumlarla da əməkdaşlıq edir.

"Dünyada təxminən 2,6 milyard insan bu problemə məruz qalır. Bu, təkcə Afrikada deyil, Asiya, Latın Amerikası və digər regionlarda da müşahidə edilir. Üç il əvvəl biz "clean cooking" təşəbbüsümüzə start verdik və hazırda bu təşəbbüsü Afrikanın və Asiyanın bir çox ölkələrinə genişləndiririk", - deyə o qeyd edib.

Bundan başqa, prezident vurğulayıb ki, OPEC Fondu COP29 gündəliyi ilə öz səylərini uyğunlaşdırmaq üçün əsas maraqlı tərəflərlə fəal əməkdaşlıq edir.

"Biz, həmçinin, dünyanın müxtəlif yerlərində effektiv və dayanıqlı karbon bazarlarının yaradılması üçün digər ölkələrlə çalışırıq. Azərbacanı karbon bazarlarına dair 6.4-cü maddəni qəbul etməsi münasibətilə təbrik etmək istərdim. Bu, karbon bazarlarının gələcəyi üçün əhəmiyyətli bir addımdır", - deyə Əl-Xəlifə bəyan edib.

O əlavə edib ki, Fond bərpa olunan enerji sahəsində layihələri fəal şəkildə inkişaf etdirməkdə davam edir.

"Biz bərpa olunan enerji potensialının 3 dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərini tam dəstəkləyirik. Bu hədəfləri reallığa çevirmək üçün bütün səylərimizi göstəririk. Bu, şübhəsiz ki, COP28-də irəli sürülən mühüm bir hədəfdir və COP29 üçün də əsas prioritet olaraq qalır", - deyə OPEC Fondunun prezidenti vurğulayıb.

Əl-Xəlifə əlavə edib ki, fond Mərkəzi Asiya və Xəzər regionunda da bərpa olunan enerji layihələrini fəal şəkildə inkişaf etdirir.

"Biz Azərbaycanda 240 meqavatt gücə malik Xızı-Abşeron külək layihəsini dəstəkləmişik. Həmçinin, özəl sektorla əməkdaşlıq edirik ki, bu, layihələrin uğurunun təminatıdır. Özəl sektorun iştirakı bu layihələrin davamlılığını təmin edir, çünki uzunmüddətli perspektivdə onlar bazar tərəfindən dəstəklənəcək. Bu, bazar yanaşmasıdır", - deyə o bildirib.

O dəqiqləşdirib ki, Mərkəzi Asiyada OPEC Fondu Rоqun SES-i, bərpa olunan enerji sahəsində böyük bir layihəni dəstəkləmək üçün 100 milyon dollar məbləğində kredit ayıraraq Tacikistanla əməkdaşlıq edir. Bununla yanaşı, fond Özbəkistanda külək və günəş enerjisi layihələrini maliyyələşdirib. Prezident qeyd edib ki, hər iki layihə bərpa olunan enerji mənbələri ilə bağlıdır və fond bu sahədə səylərini genişləndirməyə çalışır.

Əl-Xəlifə Mərkəzi Asiya ilə yanaşı, OPEC Fondunun Afrika, Latın Amerikası və Yaxın Şərq də daxil olmaqla dünyanın müxtəlif bölgələrində bərpa olunan enerji sahəsində geniş layihələr portfelinə sahib olduğunu vurğulayıb.

"Məsələn, biz İordaniyada bərpa olunan enerji mənbələri ilə bağlı layihələrdə uzun illərdir iştirak edirik. Bu layihələrdən bəzilərinin yaşı 10-15 ilə çatır və onlar gözləntilərimizə uyğun olaraq fəaliyyət göstərirlər. Bu, göstərir ki, biz yalnız layihələrin işə başladılmasına deyil, həm də onların uzunmüddətli davamlılığının təmin olunmasına diqqət yetiririk", - deyə o qeyd edib.

Prezident əlavə edib ki, OPEC Fondu Azərbaycanla uzun müddətdir əməkdaşlıq edir. Fond hökumətlə sıx əlaqələr qurub və hazırda ölkənin "yaşıl" keçidini dəstəkləmək üçün texniki yardım göstərir.

"Buraya çoxsaylı aspektlər daxildir, lakin xüsusilə maraqlı hesab etdiyim məqamlardan biri Bakının hava keyfiyyətidir. Bu sahədə hökumətə texniki yardım göstəririk. Bu, "yaşıl keçid" üzrə daha geniş texniki yardım proqramının bir hissəsidir. Yaşıl keçid geniş bir anlayışdır, lakin o, yerinə yetirilməsi lazım olan konkret addımları ehtiva edir", - deyə o bildirib.

Sonda Ə. əl-Xəlifə vurğulayıb ki, COP29 yüksək səviyyədə təşkil olunub və razılaşdırılmış nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.

"Ümid edirəm ki, tərəflər razılığa gələrək istənilən nəticələrə nail ola biləcəklər. COP sadəcə bir toplantı deyil, bəşəriyyətin uzunmüddətli rifahı üçün konkret addımların razılaşdırılmasıdır", - deyə o bildirib.

Qeyd edək ki, OPEC Beynəlxalq İnkişaf Fondu 1976-cı ildə yaradılmış çoxtərəfli maliyyə institutu olaraq fəaliyyət göstərir. Fondun 12 üzv ölkəsi var: Əlcəzair, Ekvador, Qabon, İndoneziya, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela. Bu, yalnız üzv ölkələr tərəfindən qeyri-üzv ölkələr üçün maliyyə təmin edən qlobal miqyaslı yeganə institutdur.

Bugünədək OPEC Fondu 125-dən çox ölkədə inkişaf layihələrinə 27 milyard dollardan çox sərmayə qoyub. Layihələrin ümumi dəyəri 200 milyard dollardan artıqdır. OPEC Fondu "Fitch" və "S&P" reytinq agentlikləri tərəfindən AA+/Sabit proqnoz reytinqinə malikdir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Petrosyan Çingiz xanın bu sözlərini paylaşdı, İrəvan qarışdı like
  • 22 Noy 08:24  
Digərləri Petrosyan Çingiz xanın bu sözlərini paylaşdı, İrəvan qarışdı

Ermənistan Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan Monqol i

arrow Ətraflı
“Ərim toy süfrəsindəki kişmişi, fındığı da yeyir” like
  • 22 Noy 08:14  
Şou-biznes “Ərim toy süfrəsindəki kişmişi, fındığı da yeyir”

"Bəzi şadlıq sarayında işləyənlərə halaldır. Uşalqarıma kiçik

arrow Ətraflı
Tibbdə fantastika  ABŞdə robot təkbaşına ağciyər tansplantasiyası etdi like
  • 22 Noy 08:07  
Digərləri Tibbdə fantastika ABŞdə robot təkbaşına ağciyər tansplantasiyası etdi

NYU Langone Health-in asurgical komandası dünyada ilk tam robotik qoşa ağciy

arrow Ətraflı
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi like
  • 22 Noy 07:59  
Digərləri Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi

"Lufthansa" aviaşirkətinin Mumbai-Münxen reysini yerinə yetirən h

arrow Ətraflı
Zelenski: Putin bunu istəyənlərin üzünə tüpürür like
  • 22 Noy 07:49  
Dünya Zelenski: Putin bunu istəyənlərin üzünə tüpürür

Rusiyanın yeni eksperimental orta mənzilli ballistik raketi "Oreşnik&quo

arrow Ətraflı
Xalq artistinin qızının gözəlliyi gündəm oldu like
  • 22 Noy 07:42  
Şou-biznes Xalq artistinin qızının gözəlliyi gündəm oldu

Son zamanlar geyimi və fit bədən quruluşu ilə ən çox adından söz etdir�

arrow Ətraflı
Bu yoldakı tərəzi sürücüləri çaşdırır, qəzaya səbəb olur like
  • 22 Noy 07:20  
Digərləri Bu yoldakı tərəzi sürücüləri çaşdırır, qəzaya səbəb olur

Bakı-Quba yolunda quraşdırılan tərəzi standartlara cavab vermir, ərazidə

arrow Ətraflı
Bu bürclərin kişiləri qorxaq olur like
  • 22 Noy 07:08  
Digərləri Bu bürclərin kişiləri qorxaq olur

Astrologiyada kişilərin qorxaq olub-olmaması haqqında ümumiləşdirmələr

arrow Ətraflı
Nikaha onlayn formada necə girmək olar? like
  • 22 Noy 06:40  
Digərləri Nikaha onlayn formada necə girmək olar?

Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nik

arrow Ətraflı
"Əvvəl dəb idi böyüdürdülər, indi kiçildirlər” like
  • 22 Noy 06:29  
Şou-biznes "Əvvəl dəb idi böyüdürdülər, indi kiçildirlər”

Tanınmış plastik cərrah Dilqəm Məhərrəmov xanımların bədən nahiyəl�

arrow Ətraflı
7.2 bal gücündə zəlzələ xəbərdarlığı edildi: bu şəhər dağılsa... like
  • 22 Noy 06:17  
Digərləri 7.2 bal gücündə zəlzələ xəbərdarlığı edildi: bu şəhər dağılsa...

Türkiyəli professor Süleyman Pampal İstanbulda zəlzələ ola bilmə ehtimal

arrow Ətraflı
Qadınların kişilərdə bağışlamadığı 5 şey like
  • 22 Noy 06:06  
Digərləri Qadınların kişilərdə bağışlamadığı 5 şey

Qadınlar çox şeyə dözməyə hazırdırlar. Amma bəzən kişilər o qədər

arrow Ətraflı
Avadanlıqların uzun müddət fəaliyyət göstərməsi üçün VACİB MƏQAMLAR like
  • 22 Noy 05:05  
Digərləri Avadanlıqların uzun müddət fəaliyyət göstərməsi üçün VACİB MƏQAMLAR

Avadanlığın uzun müddət fəaliyyət göstərməsi üçün xüsusi qaydalara

arrow Ətraflı
Aras özünə yeni sevgili tapıb?  FOTO like
  • 22 Noy 04:04  
Şou-biznes Aras özünə yeni sevgili tapıb? FOTO

"Deha" serialının baş rolunu canlandıran aktyor Aras Bulut İyneml

arrow Ətraflı