Nikaha onlayn formada necə girmək olar?
Digərləri 22 Noy 2024 06:40:00 107 0
Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər. Bəs proses necə aparılır?
Bu xəbəri də oxu: Gürcüstanda zəlzələ baş verdi
Son.az Baku.tv-yə istinadla xəbər verir ki, nikaha daxil olacaq vətəndaşlar əvvəlcə tibbi müayinədən keçməlidirlər. Müayinədən 14 gün sonra qan analizinin nəticələri avtomatik olaraq "mygov" platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alırlar. Daha sonra "mygov" tətbiqində "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçimini və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçirsiniz.
Bununla da sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək, nikah qeydiyyatı üçün müraciətini davam etdirir. Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçirsiniz, məlumatlarınızı təsdiqləyirsiniz.
30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status "Tamamlanıb" olaraq göründüyü zaman 10 AZN məbləğində dövlət rüsumunu ödəməlisiniz. Şəhadətnaməniz hazır olduqda seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz. Nikah haqqında şəhadətnaməni fiziki olaraq aldıqdan sonra vətəndaşlar rəqəmsal formada da "mygov" tətbiqində "Ailə məlumatlarım" hissəsində bu sənədi əldə edə biləcəklər. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Tanınmış plastik cərrah Dilqəm Məhərrəmov xanımların bədən nahiyəl�
Türkiyəli professor Süleyman Pampal İstanbulda zəlzələ ola bilmə ehtimal
Qadınlar çox şeyə dözməyə hazırdırlar. Amma bəzən kişilər o qədər
Avadanlığın uzun müddət fəaliyyət göstərməsi üçün xüsusi qaydalara
"Deha" serialının baş rolunu canlandıran aktyor Aras Bulut İyneml
Helsinki Universitetinin alimləri müəyyən ediblər ki, qadınlarda hər iki
Xalq artisti Zülfiyyə Xanbabayeva istirahət üçün Dubaya üz tutub.
Dünyanın ən uzun və ən qısa qadını bir araya gəlib.
Vaşinqton administrasiyası Rusiyanın hərəkətlərindən asılı olmayaraq U
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bir sı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistanı sü
2024-cü il üçün dünyanın ən güclü hərbi donanmalarına malik ölkələ
Hər zaman aktual olan əsas sosial mövzulardan biri də uşaqpulu məsələsid
Bakıda gənc oğlan faciəli şəkildə ölüb.