Günün qoroskopu: Müxtəlif insanlarla ünsiyyətdə olun
Digərləri 18 Noy 2024 00:01:00 65 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: Soğanı necə çürüməmiş saxlamaq olar?
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - hadisələrin axarı sakitlik və təmkin tələb edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız predmetlə bağlı informasiya toplayın. Dedi-qodu etməyin, qeybətə varmayın. Başqasını müzakirə edəndə sərt danışmayın. Günün ikinci yarısı səyahət və ya uzaq səfərlər üçün deyil. Yolda xoşagəlməz hadisə baş verə bilər. Anlaşılmazlığın münaqişəyə çevrilməsinə imkan verməyin. Axşam saatlarını dostlarla keçirin. Uzun münasibətlər qura biləcəyiniz insanla qarşılaşa bilərsiniz. Buğa - günün işlərini əvvəlcədən planlaşdırın. Mühüm olayı unutmayın. Diqqətsizlik ciddi problem yarada bilər. Sadəlövh olmayın, deyilən hər sözə inanmayın. Biznes və maliyyə məsələləri ilə bağlı müzakirələrdə huşyar olun. Günün ikinci yarısında perspektivlərinizi bir daha dəyərləndirin. Aldığınız məlumatları müstəqil qiymətləndirin. Şübhəli məsləhətlərə inanmayın. Alış-veriş etmək olar. Amma parfümeriya, bahalı geyim, aksessuar almağa dəyməz. Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin. Axşam saatlarını səs-küylü məclisdə keçirməyin. Əkizlər - ünsiyyət müsbət emosiyalar bəxş edəcək. Mübahisələr etməyin, münaqişələrdə diplomatik davranın. Yeni layihələrə başlamaq olar. Genişmiqyaslı işə start verilərsə, diqqətli davranın. Günün ikinci yarısında bilik və bacarıqlarını nümayiş etdirmək şanslarından yararlanın. İntellektinizi göstərin. Sözlərinizə qulaq asacaqlar. Şəxsi münasibətlərdə ciddi dəyişikliklər istisna deyil. Sevdiyiniz insan sizə görə dəyişmək istəmir. Təmasları normallaşdırmağa çalışın. Axşam saatlarında yeni görüş, yeni tanışlıq olacaq. Xərçəng - maliyyə məsələləri ilə diqqətlə maraqlansanız, yaxın ətrafınızdakı insanlardan birinin sizi aldatdığını, fırıldaqçılıq etdiyini görəcəksiniz. İntriqanın mərkəzinə düşəcəksiniz. Sizdən informasiya mənbəyi kimi istifadə etmək istəyəcəklər. Günün ikinci yarısında marionetkaya çevrilməmək üçün müxtəlif fikirləri, fərqli mövqeləri dəyərləndirin, alternativləri nəzərdən keçirin. Əlavə məlumat almaq üçün bütün mövcud imkanlardan yararlanın. Axşam saatlarına yaxın kimsə əməli və ya zahiri görünüşü ilə sizə təsir edə bilər. Stilinizi, davranış modelinizi dəyişməyin. Sakit şəraitdə qüvvənizi bərpa edin. Şir - gün ərzində görəcəyiniz işləri əvvəlcədən nizamlayın, planlaşdırın. Mümkün qədər çox iş görməyə, bu zaman ifrat yorğunluğa düçar olmamağa çalışın. Aktiv olun, yeni tapşırıqları və sifarişləri yerinə yetirəcək potensiallı insan təsiri bağışlayın. Əməllərinizdə ardıcıl olun. Eqoist, təşəxxüslü, ən başlıcası isə impulsiv olmayın. Günün ikinci yarısında kəskin dəyişikliklər planlaşdırmayın. Özünüzə sadiq qalın. Başqasının təcrübəsindən yararlanın. Ətrafınızdakı insanların belə situasiyada necə hərəkətlər etdiklərini müşahidə edin. İmici, yaşayış yerini və ya peşəkar fəaliyyət sahəsini radikal dəyişməyə dəyməz. Yaxınlarınızla təmaslarda qayğıkeş olun. Öz fikrinizi mütləq həqiqət saymayın. Ucadan danışmayın. Qız - intuisiyanız iti olacaq, hissiyatınız artacaq. Təhlükənin gələ biləcəyi istiqaməti müəyyənləşdirməyə can atın. Alınan siqnalları qulaqardına vurmayın. Yaradıcılıqda uğurlar ola bilər. İstedadınızı göstərin. Günün ikinci yarısı müqavilələr və maliyyə əməliyyatları üçün uğurludur. Yaxın ətrafınız problemlərinizi müzakirə edəcək. Lakin kimsəyə imkan verməyin ki, sizə ağıl öyrətsin. Yaşam situasiyalarını ayıq müşahidə edərək qiymətləndirin. Tərəzi - günün ilk yarısında yaxşı xəbərlər olacaq. Uzun müddət gözlədiyiniz məlumatı alacaqsınız. Başladığınız işdə və ya həll etməyə başladığınız məsələdə irəliləyəcəksiniz. Maddi rifah durumunuzu yaxşılaşdıra biləcək təklif alacaqsınız.Astarada feyxoa əkən bağ sahibləri alıcıların yolunu gözləyirlər. Laki
Erməni sosial şəbəkələri Paşinyanın bazar günü axşam hökumətdə rea
Livandakı bir qrup BMT sülhməramlısı Bedias kəndində patrul xidməti apar
Aparıcı İlkin Həsəni ona "qocalmısan" yazan izləyicisinin şər
ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiya ərazisinə ATACMS tipli uzaqmənzi
Bəzən avtomobilin mühərrikində illərlə yağ, çirk və digər maddələr
"Brilyant əl" filminin ulduzu 84 yaşında ağır xəstəlikdən sonr
İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən
Gürcüstanın müxalifət partiyalarının nümayəndələri, onların tərəfd
Aprel ayında qızı Asyanı dünyaya gətirən məşhur aktrisa Qonca Vuslateri
"Pişik Günel" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni
Ermənistan və İran arasındakı "Aqarak" sərhəd-keçid məntəqə
Cəlilabadda qəza nəticəsində piyada keçidi uçub.