Zibil qutusuna uşaq atan ananı NƏ GÖZLƏYİR?


Digərləri 13 Noy 2024 17:52:00 133 0

Zibil qutusuna uşaq atan ananı NƏ GÖZLƏYİR?

Təəssüf ki, son zamanlar tez-tez valideynlərin yeni doğulmuş körpələri zibil qabına, ya da küçəyə atıb qaçdıqlarının şahidi oluruq. Bəs həmin valideynlərə hansı cəzalar tətbiq edilir? Belə halların qarşısını almaq üçün nə etməliyik?

Son.az bildirir ki, Lent.az məsələ ilə bağlı araşdırma aparıb.

Uşaq səsinə həsrət qalan ailələr övladları olsun deyə bütün var-dövlətini verməyə hazırdırlar. Amma bəzi valideynlər uşaqları küçələrə, zibil qutularına atır, uşaq evlərinə verirlər. Uşaq evlərinə verilməni haradasa başa düşmək olar, o mənada ki, imkanı olmayan valideyn çıxış yolunu uşağı dövlətin himayəsinə verməkdə görür. Bəs övladını yol kənarına atan valideynlər? Bu acınacaqlı vəziyyətə necə haqq qazandırmalı?

Əslində, heç cür...

Lakin ölkəmizdə bu sosial problemin artmasında müəyyən milli dəyərlərin, o cümlədən, dinin də təsiri az deyil. Xristian dövlətlərində nikahdan kənar, qanunsuz doğulan uşaqlar olanda buna pis baxılmır və "hər kəsin öz həyatıdır" deyə qiymət verilir. Bizdə isə atılmış uşaqların əksəriyyəti adətən nikahdan kənar, qanunsuz dünyaya gələn uşaqlar olduğu üçün buna ailədə, cəmiyyətdə pis baxılır. Xüsusən də analar uşaqlarından imtina edərkən bu prinsipi rəhbər tutaraq onları naməlum bir yerə atıb oradan uzaqlaşmağa cəhd edirlər.

Belə bir qəddarlıq edən valideynlərə hansı cəza tətbiq olunur?

Uşağın küçəyə atılması onun ölümün caynağına tərk edilməsidir ki, bu da birbaşa qəsdən adam öldürmə hesab oluna bilər. Küçəyə atılan uşağın orada ölüb-ölməyəcəyini də əvvəlcədən bilmək olmaz.

Qanunvericilikdə uşaqlarını küçəyə atan valideynlər cinayət məsuliyyətinə cəlb olunur. Övladını küçəyə atan insanlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılarsa, onlar 3 ilədək inzibati azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Köməksiz vəziyyətdə olan şəxsin həyatına təhlükə yaratmış şəxs, yəni körpəsini küçəyə atmış valideyn müvafiq maddə əsasında 1000 manatdan 1500 manatadək cərimə oluna, bir ilədək sınaq işləri və ya 6 aylıq həbslə cəzalandırıla bilər.

Dünya necə qarşı çıxır?

Bəzi ölkələrdə arzuolunmaz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün xüsusi məntəqələr fəaliyyət göstərir ki, valideyn övladını bura gətirib təhvil verir və onun anonimliyi qorunur. Nəticədə küçədə uşaqların zədələnməsinin, şaxtalı havalarda donmasının, bir sözlə o ölkənin balaca vətəndaşına xələl gəlməsinin qarşısı alınır.

Xatırladaq ki, Uşaq hüquqlarına dair beynəlxalq konvensiya da mövcuddur və bu sənəd tarixdə ən geniş qəbul olunmuş sənədlərdən biridir. 20 noyabr 1989-cu il tarixində təsdiq olunan bu konvensiya sayəsində artıq, bütün uşaqların hüquqları qanunla qorunur. Azərbaycan 21 iyul 1992-ci il tarixli və 236№-li qanunla BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını ratifikasiya edib.

Uşaqlarına hüquqlarının pozulmasına dair beynəlxalq hesabatlara nəzər saldıqda, mənzərənin daha ciddi olduğunun müşahidə edirik. "United Nations International Children's Emergency Fund"un (UNİCEF) təqdim etdiyi hesabatda bildirilir ki, hər il 500 milyon ilə 1,5 milyard arasında uşaq ən az 1 növ şiddətə məruz qalır. Hər 5 qız və 13 oğlan uşağından biri cinsi zorakılığa məruz qalır. Dünyada hər 10 dəqiqədə bir yeniyetmə qız şiddətə məruz qalaraq dünyasını dəyişir. Dünyadakı insanların 23%-i bildirib ki, onlar uşaq vaxtı fiziki zorakılığa məruz qalıb. Bunlardan da 16%-i fiziki şiddətə məruz qaldığını bəyan edib. Fiziki qüsurlu uşaqlar digər uşaqlara nisbətən 3,7 dəfə çox şiddətin qurbanı olurlar. Belə uşaqlar digər uşaqlardan 3,6 dəfə çox fiziki istismara, 2,6 dəfə çox isə cinsi zorakılığa məruz qalırlar. Zehni cəhətdən əngəlli uşaqlar digər uşaqlara nisbətən 4,6 dəfə çox cinsi zorakılığa məruz qalırlar. Dünyadakı insan alveri qurbanlarının 33%-i çox təəssüf ki, uşaqlardır. Hər il cinayət nəticəsində öldürülənlərdən 41 min nəfəri 15 yaş altı uşaqlardır. Uşaqlara qarşı ən çox fiziki, cinsi və psixoloji istismar Afrikada qeydə alınır.

Ən çox uşaq hüquqlarının pozulduğu faktı qeydə alınan 10 ölkəni təqdim edirik:

1- Avstraliya: Hər il 50000 uşaq

2- ABŞ: 20000 uşaq

3- Əfqanıstan 18 000 uşaq. Burada uşaqlar xüsusilə terror təşkilatlarının əlinə düşməsin deyə, hökumət mübarizə aparır.

4- Böyük Britaniya: Böyük Britaniyada 18 yaşdan yuxarı kişilərdən hər 200 nəfərdən 1-i pedofildi. Təkcə İngiltərədə 16 min uşağın zorakılığa məruz qaldığı faktı qeydə alınıb. Bunların içində də ən çox cinsi zorakılığa məruz qalıb.

5- Rusiya: Rusiyada hər il 11000 uşağın hüquqları pozulur.

6- Zimbabve: Hökumətin rəsmi rəqəmlərinə görə son 4 ildə 30 mindən çox uşaqlar müxtəlif növ zorakılığa məruz qalıb, hüquqları pozulub.

Niyə daim çay və ya qəhvə içmək istəyirik? like
  • 13 Noy 17:26  
Digərləri Niyə daim çay və ya qəhvə içmək istəyirik?

Daim çay və ya qəhvə içmək istəyinin bir neçə səbəbi ola bilər.

arrow Ətraflı
"Toppuş bacı"nın əri ondan qalan əşyaları PAYLAŞDI  FOTO like
  • 13 Noy 17:16  
Şou-biznes "Toppuş bacı"nın əri ondan qalan əşyaları PAYLAŞDI FOTO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal ondan qa

arrow Ətraflı
"İkinci evliliyə pis baxıram, boşansam, ailə qurmayacağam"  VİDEO like
  • 13 Noy 17:00  
Şou-biznes "İkinci evliliyə pis baxıram, boşansam, ailə qurmayacağam" VİDEO

Aktrisa və ARB telekanalının aparıcısı Aynur Sevgi ikinci dəfə ailəqurm

arrow Ətraflı
Azərbaycan COP29 kimi böyük və vacib bir tədbirin öhdəsindən gəlib  Riç Lesser like
  • 13 Noy 16:59  
Digərləri Azərbaycan COP29 kimi böyük və vacib bir tədbirin öhdəsindən gəlib Riç Lesser

COP29 kimi böyük və vacib bir tədbiri qısa müddətdə planlaşdırmağın

arrow Ətraflı
Ən çox yaşayan like
  • 13 Noy 16:54  
Digərləri Ən çox yaşayan

İt almaq istəyən şəxs ilk növbədə təklif olunan şəraitdə ev heyvanı

arrow Ətraflı
Trampın böyük oğlu vəzifəsindən like
  • 13 Noy 16:43  
Dünya Trampın böyük oğlu vəzifəsindən

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın böyük oğlu kiçik Donald

arrow Ətraflı
COP29 inkişaf etməkdə olan ölkələr üçün şərait yaradır  Keniyanın Baş naziri like
  • 13 Noy 16:41  
Digərləri COP29 inkişaf etməkdə olan ölkələr üçün şərait yaradır Keniyanın Baş naziri

COP29 Afrika qrupunun inkişaf etməkdə olan ölkələri üçün iqlim məqsəd

arrow Ətraflı
Prezident ruandalı həmkarı ilə görüşüb  FOTO like
  • 13 Noy 16:29  
Siyasət Prezident ruandalı həmkarı ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan Respublikasının Prezi

arrow Ətraflı
"Mən sənətdə olanda Namiq yox idi" like
  • 13 Noy 16:22  
Şou-biznes "Mən sənətdə olanda Namiq yox idi"

Meyxana aləmində yeni qalmaqalın əsası qoyulub. Meyxanaçı Namiq Məna Nam

arrow Ətraflı
Bu insanlar 120 il yaşayırlar, xərçəngtə utulmurlar like
  • 13 Noy 15:56  
Digərləri Bu insanlar 120 il yaşayırlar, xərçəngtə utulmurlar

Orta hesabla 120-130 il yaşayan və 60 yaşını "yolun yarısı" ola

arrow Ətraflı
Rusiya bu ölkənin like
  • 13 Noy 15:46  
Dünya Rusiya bu ölkənin

"Afrika ölkələrinin Rusiyaya olan borclarını inkişaf layihələrinə

arrow Ətraflı
Bu istiqmətlərə qatar reysləri təyin edilir like
  • 13 Noy 15:45  
Digərləri Bu istiqmətlərə qatar reysləri təyin edilir

"Azərbaycan Dəmir Yolları" QCS (ADY) COP29 günlərində artan sər

arrow Ətraflı
Ciorcia Meloni: Azərbaycanı COP29un Prezidenti kimi görməkdən məmnunam like
  • 13 Noy 15:44  
Siyasət Ciorcia Meloni: Azərbaycanı COP29un Prezidenti kimi görməkdən məmnunam

Mən Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiym

arrow Ətraflı
İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb  FOTO like
  • 13 Noy 15:40  
Siyasət İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı