Aeroportun fəaliyyətində dəyişikliklər ediləcək
Digərləri 08 Noy 2024 17:00:00 95 0
Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər ediləcək.
Bu xəbəri də oxu: Dollar Trampa görə bahalaşacaq "The Economist"
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a bildirilib ki, sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.
Məlumata görə, məqsəd sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etməkdir. Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.
- 10-14 noyabrda yalnız aviabileti olan sərnişinlər Terminal 1 və Terminal 2-yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur. Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən 10-14 noyabrda hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini 10 noyabr tarixindən əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək.
- Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi → Yusif Səfərov küçəsi → İzzət Orucova küçəsi → Fəzail Bayramov küçəsi → 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür.
Noyabrın 8-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özg
Bakıda COP29 zamanı qidalanma ilə bağlı artıq bütün işlərimiz yekunla�
Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsind
Xalq artisti Emin Ağalarov atası, iş adamı Araz Ağalarovla bağlı paylaş�
Bu günə kimi Bakıda keçiriləcək COP29 üçün 67 min nəfər qeydiyyatdan
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Özbəkistan strateji tərəfdaş kimi qardaş Azərbaycanın böyük uğurları
Kosmetika nəhəngi "The Body Shop" bu yaxınlarda rəsmi iflas üçü
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dahi Bülbülün əzi
Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə diqqət çəkib.
Aktrisa Pərvin Abıyeva paylaşımı ilə diqqət çəkib.
Böyük ziyarətçi axınının gözlənildiyi COP29-a sayılı günlər qalır.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 8 Noyabr - Zəfər
Azərbaycanın Dövlət Bayrağı Meydanında bu gün yenidən ucaldılan bayraq