Azərbaycan bayrağının tarixinə səyahət
Digərləri 08 Noy 2024 16:11:00 87 0
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olublar. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.
Bu xəbəri də oxu: Bu bürcün qadınlarından qaçın Sizi "soyub soğana çevirə bilərlər"
Bu gün, həmçinin, yenilənmiş Bayraq Muzeyinin də açılışı olub.
Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən 9 noyabr 2010-cu il tarixində açılıb. Muzey fəaliyyəti dövründə Azərbaycanın Respublikasının üç rəngli dövlət bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqlarını əyani nümayiş etdirilib və gələn qonaqlara təfərrüatlı məlumatlar çatdırılıb.
Muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Hər bir tarixi nümunə haqqında muzeyə gələn qonaqlara təfsilatlı məlumatlar verilib. 2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində çalışıblar və eksponat sayını 431-ə çatdırıblar.
Təmir-bərpa işlərindən sonra yeni görkəmdə, yeni tərtibatda fəaliyyətə başlayacaq Bayraq Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Zəfər qalereyası" adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları nümayiş olunur.
Muzey 6 Sərgi salonundan ibarətdir:
A Sərgi salonunda Azərbaycanın qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.
B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində 7 dekabr 1918-ci il tarixində asılmış Dövlət bayrağı, həmin dövrə aid foto şəkillər, pul əskinazları, poçt markaları, eləcə də Azərbaycan SSRİ-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, pul əskinazları və poçt markaları nümayiş olunur.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dahi Bülbülün əzi
Xalq artisti Aygün Kazımova yeni fotosessiyası ilə diqqət çəkib.
Aktrisa Pərvin Abıyeva paylaşımı ilə diqqət çəkib.
Böyük ziyarətçi axınının gözlənildiyi COP29-a sayılı günlər qalır.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 8 Noyabr - Zəfər
Azərbaycanın Dövlət Bayrağı Meydanında bu gün yenidən ucaldılan bayraq
Hazırda Şuşaya 222 ailə köçürülüb. Bu proses yaxın bir ay ərzində da
Hindistanda pələng həmkəndliləri ilə meşəyə girən 50 yaşlı qadına h
Heç kimə pislik etməyən insan belə tənhalaşa bilər. Fakt budur ki, başq
Türkiyə İraqın şimalındakı "Gara" və "Hakurk" bölg�
BMT-nin istifadə edəcəyi ərazi tamamilə hazırdır. Sadəcə ölkə pavilyo
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözləni
Bir çox insanı maraqlandıran məsələ məhəllə içində kəmər taxmağın
Jurnalist Giya Saralidze yeni sənədli filmində "Komandirovka na minnoe p