Kredit tarixçələri ilə bağlı
Digərləri 07 Noy 2024 13:26:00 92 0
Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorları daxil edilir.
Bu xəbəri də oxu: Almazdan 10 min qat daha qiymətlidir Sadəcə
Son.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Kredit büroları haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər.
Qeyd edilib ki, bu, kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.
Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.
Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaqdır.
Türkiyənin Ordu şəhərində 74 il evli olan cütlük 14 saat fərqlə dün
Cənubi Qafqazda vəziyyətin yaxşılaşması üçün ilkin şərtlər mövcudd
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən e
Müğənni Rəqsanə İsmayılova sərt açıqlamlar verib.
Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədikləri
Bakının 57 yaşlı metro sistemi yeni və unikal yeniliklərlə təchiz olunub
İlan sancması nəticəsində ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə (K
ABŞ-ın Arizona ştatında təyyarə qəzası nəticəsində 5 nəfər ölüb.
Prezident İlham Əliyev "Qida təhlükəsizliyi haqqında" Azərbayca
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının yeni s
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransının
Son günlər sosial şəbəkələrdə led işıqların tamamilə qadağan edildi
"Aşka Sürgün" serialı ilə tanınan, "Aşkı Memnu" ilə