Özbəkistan, Azərbaycan və Qazaxıstan birgə müəssisə yaradacaq Nazir müavini


Digərləri 07 Noy 2024 08:32:00 97 0

Özbəkistan, Azərbaycan və Qazaxıstan birgə müəssisə yaradacaq  Nazir müavini

Özbəkistan, Azərbaycan və Qazaxıstan "yaşıl dəhliz" layihəsini həyata keçirmək üçün birgə müəssisə yaradacaqlar.

Bu xəbəri də oxu: 22 yaşlı gənc qəzada öldü

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov bildirib.

"COP29-da Özbəkistan, Azərbaycan və Qazaxıstanın hökumətlərarası saziş imzalaması gözlənilir ki, bu da bu təşəbbüs üçün mühüm mərhələ olacaq. Bu razılaşma layihənin başlanmasına start verəcək ki, bu da onun sürətlə həyata keçirilməsinə səbəb olacaq. Üç ölkə artıq bu ilin əvvəlində anlaşma memorandumu imzalayıb. Biz texniki-iqtisadi əsaslandırmanın aparılması üçün CESI (Centro Elettrotecnico Sperimentale Italiano) konsaltinq şirkətini cəlb edirik. Texniki-iqtisadi əsaslandırmanın hazırlanması proseduru təxminən bir il çəkəcək, bundan sonra tikintiyə başlanılacaq. Bir sıra beynəlxalq maliyyə qurumları da bu yaşıl layihənin maliyyələşdirilməsində maraqlı olduqlarını bildiriblər. Tikintinin təxminən 3-4 il çəkəcəyi gözlənilir. Bundan əlavə, 2030-cu ilə qədər Özbəkistanın şimal-qərb regionunda infrastruktur və generasiya gücləri (külək və günəş enerjisi istehsalı) tam hazır olacaq", - deyə o bildirib.

Ü. Mamadaminov qeyd edib ki, Özbəkistan, Azərbaycan və Qazaxıstan bərpa olunan enerji mənbələrini öz enerji infrastrukturlarına inteqrasiya etmək üçün qarşılarına iddialı məqsədlər qoyurlar. Bu üç ölkə bərpa olunan enerjini Avropaya gətirmək üçün əhəmiyyətli transkontinental səylərin təşəbbüsü ilə çıxış edirlər. Bu təşəbbüs Özbəkistanda, xüsusilə külək və günəş enerjisində inkişaf etdirilən əhəmiyyətli yaşıl generasiya potensialından, eləcə də Qazaxıstanın bərpa olunan enerjini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və nəhayət Qara dəniz və Rumıniya vasitəsilə Avropaya ötürmək gücündən istifadə etməyə imkan verəcək.

Nazir müavini bildirib ki, Özbəkistan, Azərbaycan və Qazaxıstanın iştirak etdiyi bərpa olunan enerji layihəsinin bütün iştirakçı ölkələrə əhəmiyyətli fayda gətirəcəyi gözlənilir. Bu təşəbbüs həmin ölkələrə gəlirləri artırmağa, iş yerləri yaratmağa və karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Bu ölkələr arasında elektrik şəbəkələrinin inteqrasiyası resurslardan istifadəni optimallaşdırır və hər bir ölkəyə kollektiv fayda üçün öz güclü tərəflərindən istifadə etməyə imkan verir. Özbəkistan külək və günəş enerjisi sahəsində, xüsusən də şimal bölgəsində əhəmiyyətli külək tutumu sayəsində əhəmiyyətli potensiala malikdir. Elektrik enerjisinin Avropaya ötürülməsi üçün zəruri infrastrukturun inkişafı bu potensialdan səmərəli istifadə etməyə imkan verəcək.

"Layihədə elektrik enerjisinin uzun məsafələrə (1000 kilometrdən çox) səmərəli şəkildə aşağı enerji itkiləri ilə ötürülməsi üçün zəruri olan Yüksək Gərginlikli Birbaşa Cərəyan (HVDC) texnologiyasından istifadə olunacaq. Sualtı HVDC kabeli elektrik enerjisinin Avropaya ixracı üçün dayanıqlı infrastruktur yaradacaq. Proqnozlara görə, 2030-cu ilə qədər Özbəkistanda elektrik enerjisi istehlakı 130 milyard kilovatsaatdan çox olacaq. Lakin günəş və külək resurslarından gözlənilən qalıq enerji ixrac üçün kifayət qədər enerji təmin edəcək", - deyə o qeyd edib.

Ümid Mamadaminov vurğulayıb ki, Avropa ölkələri özlərinin iqlim məqsədləri çərçivəsində 2050-ci ilə qədər istixana qazı emissiyalarını sıfıra çatdırmaq öhdəliyi götürüblər. Mərkəzi Asiyadan "yaşıl" enerjinin tədarükü Avropanın qalıq yanacaqlardan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq və bərpa olunan mənbələrə keçidi asanlaşdıracaq.

Minik maşını aşdı  xəsarət alanlar var like
  • 07 Noy 08:25  
Digərləri Minik maşını aşdı xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Rusiyada evdə yanğın  ana və üç uşağı öldü like
  • 07 Noy 08:14  
Digərləri Rusiyada evdə yanğın ana və üç uşağı öldü

Rusiyanın Maqadan bölgəsində beşmərtəbəli binanın mənzilində baş ver

arrow Ətraflı
Şəmkirdə minik və yük maşınları toqquşdu  xəsarət alanlar var like
  • 07 Noy 08:12  
Digərləri Şəmkirdə minik və yük maşınları toqquşdu xəsarət alanlar var

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş ve

arrow Ətraflı
Bu bürclərin axırki maliyyə cəhətdən bəxti gətirəcək  siçanlar cibinizi tərk edir like
  • 07 Noy 08:06  
Digərləri Bu bürclərin axırki maliyyə cəhətdən bəxti gətirəcək siçanlar cibinizi tərk edir

İlin sonuna qədər bəzi bürclər üçün sərvət qazanma və maliyyə baxı

arrow Ətraflı
Körpəmlə doğma yurda dönmək sevindirici hissdir  Cəbrayıl sakini like
  • 07 Noy 07:53  
Digərləri Körpəmlə doğma yurda dönmək sevindirici hissdir Cəbrayıl sakini

Körpəmlə doğma yurda - Cəbrayıla dönmək sevindirici hissdir.

arrow Ətraflı
SumqayıtBakı qatarı gecikdi like
  • 07 Noy 07:44  
Digərləri SumqayıtBakı qatarı gecikdi

Azərbaycan Dəmir Yollarında reyslər gecikib.

arrow Ətraflı
Yaponiya sahillərində güclü zəlzələ oldu like
  • 07 Noy 07:41  
Dünya Yaponiya sahillərində güclü zəlzələ oldu

Oqasavara adasından 193 km cənubda (Bonin adaları, Yaponiya) Filippin dənizi

arrow Ətraflı
Azərbaycanlı məşhur ölümlə üzüzə qalıb  Ən zəhərli ilan əlindən... like
  • 07 Noy 07:31  
Şou-biznes Azərbaycanlı məşhur ölümlə üzüzə qalıb Ən zəhərli ilan əlindən...

Aktyor Məcid Hüseynov rayonlardan birində başına gələn qorxunc hadisəni

arrow Ətraflı
Cəbrayıla növbəti köç karvanı yola salındı like
  • 07 Noy 07:22  
Digərləri Cəbrayıla növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilm

arrow Ətraflı
Zaxarova Makronu belə ələ saldı like
  • 07 Noy 07:16  
Dünya Zaxarova Makronu belə ələ saldı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa

arrow Ətraflı
Gənc müğənnini qastrol avtobusunda öldürüb, meyitini çölə atdılar like
  • 07 Noy 07:04  
Şou-biznes Gənc müğənnini qastrol avtobusunda öldürüb, meyitini çölə atdılar

Peruda məşhur müğənni qətlə yetirilib. Belə ki, altı naməlum şəxs g�

arrow Ətraflı
Valideynlərə övladlarının gündəliyinə baxmaq qadağan edildi like
  • 07 Noy 07:02  
Dünya Valideynlərə övladlarının gündəliyinə baxmaq qadağan edildi

Hollandiyada bir məktəb şagird stresini azaltmaq üçün valideynlərə bir s

arrow Ətraflı
Gürcüstanda qocalar evi yandı  Ölənlər var like
  • 07 Noy 06:52  
Digərləri Gürcüstanda qocalar evi yandı Ölənlər var

Gürcüstanda qocalar evində yanğın baş verib.

arrow Ətraflı
Tramp posta keçən kmi ilk olaraq bu məsələlərlə məşğul olacaq like
  • 07 Noy 06:48  
Dünya Tramp posta keçən kmi ilk olaraq bu məsələlərlə məşğul olacaq

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra qe

arrow Ətraflı