“Şanlı qürur tariximiz” adlı konfrans keçirildi
Digərləri 06 Noy 2024 21:09:00 79 0
Xaçmaz rayonunda 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Şanlı qürur tariximiz" adlı konfrans keçirilib. Tədbir iştirakçılları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad edilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 8 Noyabr - Zəfər Günü münasibətilə rayon ictimaiyyətini təbrik edib. Bildirib ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur mənbəyidir. Zəfər Gününün dördüncü ildönümü respublikamızın hər yerində olduğu kimi Xaçmaz rayonunda da iftixar hissi ilə qeyd edilir. Milli Məclisin deputatları Ağalar Vəliyev, Sevil Mikayılova və Mahir Süleymanlı eləcədə digər çıxış edənlər yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, qanı bahasına əldə olunan qələbənin tarixi əhəmiyyətindən danışıblar. Dövlət tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan eləcədə işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən bəhs ediblər. Sonda nümayiş etdirilən "Zəfər tarixi" adlı videoçarx iştirakçılarda duyğulu anlar yaşadıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bu xəbəri də oxu: Tural Abbasova vəzifə verildi
9-24 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzr
Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da təsirsiz öt�
2020-ci ilin noyabrında Ucarda baş vermiş və Rəşad Həsənovun ölümü il
"COP29 Azərbayсan" çərçivəsində 7 noyabr 2024-cü il tarixində
90-cı illərin ən tanınmış aktrisalarından biri olan və məşhur "Ba
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər H
Lənkəran şəhəri "2024-cü ildə Türk dünyasının gənclər paytaxt�
Qırmızı səviyyəli maqnit qasırğası tezliklə planeti vuracaq. Belə güc
Əməkdar artist Elza Seyidcahan küsülü olduğu "Bu şəhərdə" ko
Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti Azərbaycanda keçi
Müasir Ukraynanın yerləşdiyi ərazilər tarixən ruslara məxsusdur, orada U
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiy
Sabah saat 10:00-dan etibarən Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Qa
Xalq artisti Röya Ayxan növbəti dəfə tərzi ilə diqqət çəkib.