"La Gazette du Caucase" Azərbaycana qarşı hücumlara qarşı durur


Siyasət 06 Noy 2024 08:47:00 50 0

"La Gazette du Caucase" Azərbaycana qarşı hücumlara qarşı durur

Fransanın "La Gazette du Caucase" onlayn-nəşri öz məqaləsində noyabrın 5-də Parisin Trokadero meydanında COP29-un Azərbaycanda keçirilməsinə qarşı etiraz aksiyası keçirən Fransadakı erməni təşkilatlarının hərəkətlərini pisləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, "La Gazette du Caucase" qeyd edir ki, Fransada erməni qruplaşmalarının davam edən nümayişləri yalnız dezinformasiyaya xidmət edir.

"İki ölkənin Qafqazda davamlı sülhün bərqərar olması üçün ən yaxşı yolu tapmağa çalışdığı bir vaxtda niyə Fransadakı erməni təşkilatlarının Fransa ictimaiyyəti arasında dezinformasiya yaymaqda davam etdiyi sualı yarana bilər. Xatırladaq ki, Azərbaycan heç vaxt Ermənistanı işğal etməyib və bunu etmək fikirində də olmayıb. Əksinə, Ermənistan silahlı qüvvələri Azərbaycanın sərhədlərini pozaraq, 30 ilə yaxın bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi qəbul edilən torpaqları işğal altında saxlayıblar. Onlar bunu guya bütün Qafqazı əhatə edən "Böyük Ermənistan" mifinə əsaslanaraq "tarixin yenidən yazılması" ilə "əsaslandırmağa" çalışırdılar", - məqalədə bildirilir.

Bundan əlavə, "La Gazette du Caucase" Fransa mediasının "tanınmış simaları" adlandırılan şəxslərin, o cümlədən "Le Figaro" jurnalının baş redaktor müavininin bu etirazlara dəstək verməsinə diqqət çəkib.

"Təəssüf doğuran isə odur ki, "Le Figaro" jurnalının baş redaktor müavini kimi jurnalistlər və bir çoxları bu nümayişlərdə iştirak edirlər. Bu, Fransa mətbuatının artıq informasiya və təhlillər vermək rolunu yerinə yetirmək əvəzinə müxtəlif ideologiyaların ruporu rolunu oynayaraq hansı səviyyəyə düşdüyünü göstərir", - məqalədə vurğulanır.

Nəşr məqaləsində Bakıda erməni separatçılarının həbsinə də münasibət bildirərək, onların "siyasi məhbus" deyil, ağır cinayətlərdə, o cümlədən kütləvi qırğınlarda və mütəşəkkil cinayətlərdə iştirak edən şəxslər olduğunu qeyd edib. Erməni qruplaşmaları bu insanları qondarma "siyasi repressiya qurbanları" kimi təqdim etməyə çalışırlar.

"Bunlar qırğınlara cavabdeh olan cinayətkarlar və Qarabağın sərvətlərini qanunsuz ələ keçirmək istəyən mafiya başçılarıdır. Onu da qeyd etmək lazımdır ki, bu etirazın arxasında duran Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) çoxsaylı zorakılıq və terror aktlarında iştirak edib. Hətta onun lideri Murad Papazyanın Ermənistana girişi uzun müddətlik qadağan edilmişdi", - məqalədə qeyd edilir.

"La Gazette du Caucase" sonda qeyd edir ki, bu cür hərəkətlər və KİV-in onlarla əlbir olması Ermənistan və Azərbaycan arasında həqiqi dialoq və anlaşmaya mane olan dezinformasiyanın yayılması istiqamətində narahatedici tendensiyanı əks etdirir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

“Deha”dan Dilanla bacısına atmaca like
  • 06 Noy 08:40  
Şou-biznes “Deha”dan Dilanla bacısına atmaca

"Deha" serialının sonuncu bölümündə Dilan Polat və Sıla Doğu

arrow Ətraflı
Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş like
  • 06 Noy 08:32  
Digərləri Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş

"Bəyin oğurlanması" filmində İsrafilin "Monqol dublyonkası

arrow Ətraflı
"Türk İnvestisiya Fondu tezliklə tam fəaliyyətə başlayacaq " like
  • 06 Noy 08:27  
Digərləri "Türk İnvestisiya Fondu tezliklə tam fəaliyyətə başlayacaq "

Türk İnvestisiya Fondu tezliklə tam fəaliyyətə başlayacaq.

arrow Ətraflı
“ABŞ seçkilərdən sonra buna məcbur olacaq” like
  • 06 Noy 08:15  
Dünya “ABŞ seçkilərdən sonra buna məcbur olacaq”

"ABŞ prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, cəmiyyə

arrow Ətraflı
TDT sammitinin yekunları üzrə Bişkek Bəyannaməsi qəbul ediləcək like
  • 06 Noy 08:12  
Siyasət TDT sammitinin yekunları üzrə Bişkek Bəyannaməsi qəbul ediləcək

Türk Dövlətləri Təşkilatının (TDT) Qırğızıstanda keçirilən sammiti

arrow Ətraflı
"TDT sammitində liderlər yaşıl iqtisadiyyatı müzakirə edəcəklər" like
  • 06 Noy 08:05  
Siyasət "TDT sammitində liderlər yaşıl iqtisadiyyatı müzakirə edəcəklər"

Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçiriləcək sammitində

arrow Ətraflı
Bu məhsul kəskin UCUZLAŞDI  30 qəpiyə düşdü like
  • 06 Noy 07:56  
Digərləri Bu məhsul kəskin UCUZLAŞDI 30 qəpiyə düşdü

İmişli rayonunda xurmanın yığımına başlanılıb.

arrow Ətraflı
Sumqayıtda eltilər arasında qanlı dava  bıçaqladı like
  • 06 Noy 07:51  
Kriminal Sumqayıtda eltilər arasında qanlı dava bıçaqladı

Sumqayıtda 29 yaşlı qadını qaynı arvadı bıçaqlayıb.

arrow Ətraflı
"Tramp qalib görünür  270 səsin yarıdan çoxunu toplayıb" like
  • 06 Noy 07:42  
Dünya "Tramp qalib görünür 270 səsin yarıdan çoxunu toplayıb"

Respublikaçı namizəd Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlm�

arrow Ətraflı
Araq ən çox bu ölkələrdə içilir like
  • 06 Noy 07:34  
Digərləri Araq ən çox bu ölkələrdə içilir

Bu statistika müxtəlif ölkələr arasında içki mədəniyyətindəki fərql�

arrow Ətraflı
Dəfələrlə Quranı yandırmışdı  cəzası bəlli oldu like
  • 06 Noy 07:25  
Dünya Dəfələrlə Quranı yandırmışdı cəzası bəlli oldu

İsveç məhkəməsi dəfələrlə Quran yandıran sağçı ekstremist "Sə

arrow Ətraflı
2025ci il bu avtomobil markaları ilə vida ilidir like
  • 06 Noy 07:14  
Digərləri 2025ci il bu avtomobil markaları ilə vida ilidir

2025-ci ildə bəzi məşhur avtomobil markalarının seriyalı istehsalının d

arrow Ətraflı
Türkiyə prezidenti olmaq üçün ən doğru şəxs… – like
  • 06 Noy 07:07  
Digərləri Türkiyə prezidenti olmaq üçün ən doğru şəxs… –

"Terror həyatımızdan çıxsa, inflyasiya canavarına zərbə vurulsa, T�

arrow Ətraflı
Kraliça bütün vəzifələrindən uzaqlaşdırıldı like
  • 06 Noy 07:01  
Dünya Kraliça bütün vəzifələrindən uzaqlaşdırıldı

Böyük Britaniya kraliçası Kamilla tənəffüs yolları infeksiyası səbəbi

arrow Ətraflı