Bakıda saxlanılan separatçılar ailələri ilə əlaqə yaratdı
Digərləri 04 Noy 2024 12:14:00 93 0
Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.
Bu xəbəri də oxu: Öldüyü güman edilən Mahir Carayevin atası danışdı
Bu barədə Son.az-a cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Bildirilir ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, istintaqı Baş Prokurorluq və DTX əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı da həbs edərək Bakıya gətirib.
Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliy
Bakıda aeroport yolunda çəkiyə nəzarət məqsədilə gələcəkdə elektron
"Fast-food" şirkəti Wendy's 140 restoranını bağlayıb.
Son illərdə Mərkəzi Asiya böyük dövlətlərin maraqlarının yönəldiyi
Avstriyada "TikTok" üçün video çəkmək istəyən 4 gənc körpüy
Sumqayıtda gecə vaxtı quraşdırılan obyekt sakinlərin etirazına səbəb o
Tamstore marketlər şəbəkəsi artıq bir yaşını qeyd edir. Marketlər şə
Bakıda dəhşətli cinayət törədilib.
Azərbaycan COP29 İqlim Konfransı ərəfəsində çoxqütblü dünyada orta g�
Mötəbər tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz
Tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev y
İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində azı altı