“Tərtər işi” ilə bağlı həbs edilən daha bir neçə nəfərdən xəbər var
Digərləri 04 Noy 2024 12:27:00 109 0
"Tərtər işi" ilə bağlı ittiham olunan daha bir qrup şəxsin - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Bu xəbəri də oxu: Çayı səhv dəmləməyin qorxulu fəsadları
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, Bakı Hərbi Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsinin qərarları qismən nəzərə alınmaqla, təqsirləndirilən Ruslan Mikayılov 6 il 7 ay, Sənan Maşıyev 4 il 7 ay 10 gün, Cabir Qəhrəmanov 6 il 5 ay 5 gün, Elçin Əliyevə isə 5 il 5 ay 5 gün azadlıqdan məhrum etmə cəzası hesablanıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar hökmdən apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.
İranda avtojirin qəzaya uğraması nəticəsində İran İslam İnqilab Keşik
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
2026-cı ildə Ermənistan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasını
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Az�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliy
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakıda aeroport yolunda çəkiyə nəzarət məqsədilə gələcəkdə elektron
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
"Fast-food" şirkəti Wendy's 140 restoranını bağlayıb.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Son illərdə Mərkəzi Asiya böyük dövlətlərin maraqlarının yönəldiyi
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Avstriyada "TikTok" üçün video çəkmək istəyən 4 gənc körpüy
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Sumqayıtda gecə vaxtı quraşdırılan obyekt sakinlərin etirazına səbəb o
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Tamstore marketlər şəbəkəsi artıq bir yaşını qeyd edir. Marketlər şə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Bakıda dəhşətli cinayət törədilib.
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan COP29 İqlim Konfransı ərəfəsində çoxqütblü dünyada orta g�
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)