35 yaşı keçdin iş tapmaq olmur: Səbəb
Digərləri 04 Noy 2024 07:15:00 156 0
Azərbaycanda 40 yaşdan sonra insanların iş tapmaq imkanları çətinləşir. Çünki işəgötürənlərin yaşla bağlı tələbləri mövcuddur. Tez-tez iş elanlarında da bu tələbin şahidi oluruq. Adətən elanlarda yaşı 35-dək olan işçilər axtarılır. Halbuki Azərbaycan qanunvericiliyinə görə, yaşa əsaslanan ayrı-seçkilik rəsmən qadağandır. Nəzərə alsaq ki, yaşı 35-dən yuxarı olan xeyli sayda əmək qabiliyyətli insan var, problemin miqyasının kifayət qədər böyük olduğunu görərik. Bəs, görəsən, bu durumdan çıxış yolları nədir? Dövlət orqanları bu istiqamətdə hansı addımları atmalıdırlar? Orta yaşlı vətəndaşlar əmək bazarında rəqabətə davam gətirmək üçün nə etməlidirlər?
Bu xəbəri də oxu: Bu içkilər baş və boyun xərçəngi riskini AZALDIR
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
"İqtisadiyyatın şaxələndirilməsi vacibdir"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədovun sözlərinə görə, müəyyən yaşdan sonra insanların iş tapmasında çətinliklərin yaranması iqtisadiyyatın strukturu ilə bağlıdır: "Əgər iqtisadiyyat lazımi səviyyədə şaxələndirilməyibsə, yüksək texnoloji tutumlu emalla bağlı sahələrdə tələb olunan inkişaf göstəriciləri yoxdursa, əmək bazarında problemlər ortaya çıxır. Bunu artıq işaxtaranların timsalında müşahidə edirik. Hesab edirəm ki, biz iqtisadiyyatın şaxələndirilməsinə nail olmalıyıq. Eyni zamanda, qeyri-xammal sektoruna investisiya yatırılmalıdır ki, bu da işgüzar fəallığın stimullaşdırılmasına, iqtisadi aktivliyə səbəb olsun. Bu isə öz növbəsində əmək bazarında yeni iş yerlərinin açılmasına və bazarda müvafiq təkana imkan yaratsın".
"İşəgötürənləri qınamaq doğru deyil"
Mütəxəssis Fəxri Ağayev isə deyir ki, bu məsələdə işəgötürənləri qınamaq doğru deyil: "Təklif edirəm ki, məsələyə şirkətlərin baxışı ilə baxaq və orta statistik 35 yaşlı insanı götürək. Bu yaşa çatmış insanların ciddi bir hissəsi fiziki və psixoloji baxımdan ağırlaşır, ailə və məişət qayğıları çoxalır. Buna əlavə olaraq 35 yaşlı insan zamanında daimi inkişafına zaman və enerji ayırmadığına görə müasir bilik və bacarıqlara malik deyil. Məsələn, 10-15 il öncə iş həyatına başlayanda xarici dil tələbi olmadığına görə dil bilgisi də əksər hallarda olmur. Digər mühüm məqam odur ki, inkişafına zaman ayırmayan və baxış bucağı dar olan insanın həm də özündən daha gənc rəhbərə tabe olmaqla bağlı sıxıntısı ola bilir. 35 yaşlı insanla bərabər şirkətlərin 25 yaşlı gənclər seçimi də var. Yəni müasir biliyə malik, xarici dil bilən, daha enerjili, inkişafa açıq, özünü sübut etməyə həvəsli, daha az maaşla işə daha çox vaxt ayırmağa hazır insan. Şirkətlərin bu mövzuda seçim qərarları təbii deyilmi?"
"Rəqabətin olduğunu unutmamalıyıq"
Ekspertin fikrincə, müəyyən yaş dövründən sonra üstünlük kimi görünən bəzi məqamlar əslində insanları geri aparır: "Etirazlardan biri odur ki, yaşlı insanlar peşəkar olurlar və həyat təcrübələri çox olur. Təəssüf ki, bu üstünlük kimi görünən iki məqam əslində zəif və geri çəkən tərəflərdir. Təcrübəli insanların ciddi hissəsi illərlə eyni hərəkətləri və işi etməyi təcrübə sayır. Müasir və sürətlə dəyişən dünyada isə həyat təcrübəsi bir çox hallarda mühafizəkar mövqeni göstərir və bu da iş dünyası tərəfindən müsbət qarşılanmır. Düşünürəm ki, bu vəziyyətin yaranmasında şəxslərin öz payları da az deyil. İnsan heç bir yaş və ya iş mərhələsində rahatlamamalıdır və şəxsi, peşəkar inkişafına zaman, enerji, vəsait ayırmalıdır, hər zaman rəqabətdə olduğunu unutmamalıdır".
07:08 "Yayılan görüntülərlə bağlı araşdırma aparılır".
Bu il dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksik
İsrailin Qəzza və Livanda atəşkəsə razılıq verməsi İranın oktyabrın
Yüksək surət ağır yol qəzasına səbəb olub.
Ölkədə beynəlxalq səviyyəli COP29 tədbirinin keçirilməsinə sayılı g�
"Ölümündən əvvəl Hüseyn Dərya ilə danışmışdıq birlikdə konse
Türklərin səhər süfrələrinin vazkeçilməz hissəsi olan küncüt halvas�
Astroloqlar 2025-ci ilin hansı bürclər üçün ən unudulmaz il olacağını
Qızardılmış kartofun mükəmməl çıxması üçün aşpazlar müxtəlif üs
İsveçrə və ABŞ-dan olan beynəlxalq alimlər qrupu təyyarədən almaz tozu
Mikroblar Marsın səthində donmuş suyun altında yaşaya bilərlər.
Dünyanın ən cazibədar aktrisalarından olan amerikalı aktrisa Ancelina Coli
Yaşlı insanlar üçün həkimlər yüngül və sağlam qidalarla zəngin olan
Son.az musavat.com-a istinadən bildirir ki, bu həftə xüsusilə şanslı olan