Ən təhlükəli ölkə: Şeytanı görmək istəyənlər
Dünya 03 Noy 2024 14:10:00 68 0
Yəmən Ərəbistan yarımadasının cənub-qərbində yerləşən və uzun illərdir müharibənin içində olan ərəb ölkəsidir. Buna görə də ora yalnız cəhənnəmdə Şeytanı görməyə tələsən çılğın turistlər gəlirlər.
Bu xəbəri də oxu: İspaniyada ölənlərin sayı 217ə çatdı
Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Ekspress" yazır.
Bununla belə, xarabalığa çevrilmiş bu ölkədə turistlərin nisbətən təhlükəsiz ola biləcəyi bir yer var - Hind okeanında Yəmən sahillərindən 380 km aralıda yerləşən Sokotra arxipelaqı. Bura çoxlu endemik - dünyanın heç bir yerində rast gəlinməyən nadir bitki və heyvanların vətənidir.
Əksər ölkələrin hökumətləri öz vətəndaşlarını Yəmənə səyahətdən çəkinməyə çağırsalar da, təcrübəli turoperatorlar Sokotra adasını turistlər üçün təhlükəsiz yer hesab edirlər. Çünki adada cinayətkarlıq səviyyəsi son dərəcə aşağıdır və hərbi qarşıdurma yoxdur.
Adaya Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ordusu nəzarət edir. Bu, adada sülhün əsas təminatçısıdır. Amma Sokotra formal olaraq Yəmənin bir hissəsi olaraq qalır.
Sokotra adası UNESCO tərəfindən biomüxtəlifliyinə görə qlobal əhəmiyyətə malik ərazi kimi təsnif edilir. Burada bitki növlərinin təxminən 40 faizinə dünyanın başqa heç bir yerində rast gəlinmir. Xüsusilə, adanın əlamətdar xüsusiyyəti həmişəyaşıl, yalnız Sokotraya aid endemik Əjdaha ağacıdır.
Sokotra sahillərində zümrüd rəngli qumlu çimərliklər var. Bura çimərlik tətili üçün idealdır.
Populyar turizm marşrutlarından uzaqlıq və əbədi müharibənin davam etdiyi Yəmənə aid olması adanın həm üstünlüyü, həm də dezavantajıdır. Burada çox turist olmur, ancaq turizm infrastrukturu var. Yaxşı bir otel tapmaq çətin məsələdir. Amma yeni təcrübələr üçün diqqət çəkir.
Avropa Parlamenti cari ilin 24 oktyabr tarixində 22 bənddən ibarət "Az�
Əməkdar artist Elza Seyidcahan "Bir gün" verilişində qonaq olub.
Dünyaca məşhur türkiyəli aşpaz CZN Burak (Burak Özdemir) verilişlərin
İstanbulun Büyükçekmece rayonunda dənizdən xalıya bükülmüş meyit tap�
İsrail hərbçiləri Livanın cənubundakı Xiam bölgəsində "Hizbullah&
Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində s
Müğənni Türkan Vəlizadənin maraqlı görüntüsü yayılıb.
Astarada qanunsuz ov edən şəxslər barədə tədbir görülüb.
İranda tələbə qız məcburi hicaba etiraz əlaməti olaraq küçədə soyunu
"Oxfam" beynəlxalq yardım təşkilatının bu həftə dərc etdiyi h
ABŞ İkinci Dünya Müharibəsində nüvə silahından istifadə etməklə Yapo
Müğənni Aysun İsmayılova paytaxt məkanlarının birində səhnə alıb.