Bakıda toyda lağ edilən rəqslə bağlı tarixi faktlar sən demə Kəlbəcərdə...
Digərləri 31 Okt 2024 00:04:00 74 0
Bir neçə gün öncə Bakıda şadlıq evlərindən birində canlandırılan rəqs sosial şəbəkələrdə istehza ilə qarşılanmış və bu, hətta medianın da diqqətini çəkmişdi.
Bu xəbəri də oxu: Bakı Stadionundan FOTOREPORTAJ COP29a son
Son.az kult.az-a istinadla xəbər verir ki, Ağdamda doğulan tarixçi alim, dosent Zaur Əliyev sözügedən rəqslə bağlı inanılmaz faktı təqdim edib.
O bildirib ki, bu rəqs əslində Qarabağ folklorunun unudulmaz "Maral oyunu"dur:
"Bu günlərdə Bakıda keçirilən toyların birində Qarabağa, xüsusilə Kəlbəcər folkloruna aid bir qədim adət canlandırılıb və sosial mediada və mətbuatda bunu, təəssüf ki, lağ obyektinə çeviriblər. Bu rəqsi lağa qoyanlar arasında savadlı şəxslər - aktyor və müğənnilər də var. Anlayıram, ölkədə media və TV kanallar normal folklor və qədim adət-ənənələrlə bağlı verilişlər hazırlamırlar. Bir çox adətlər yavaş-yavaş unudulur, yaşlı insanlara qulaq asmayan cavanların sayı getdikcə artır. Bəlkə də gənclərin bunu bilməməsinin günahı elm, təhsil, media və mədəniyyət xadimlərinin üzərindədir. Lakin aktyor və müğənnilərin bunu bilməməsi, ən azı, düzgün deyil.
Bu rəqs "Maral oyunu" adlanır. Qarabağ bölgəsində toylarda, xüsusilə Novruz bayramında oynanılan rəqs növüdür. Ən çox də Kəlbəcər bölgəsində toylarda bu oyun daha çox populyar olub".
Alimin sözlərinə görə, bəzi folklorşünaslar yanlış olaraq bu oyunun "nakam sevgi" hekayəsindən bəhs etdiyini düşünürlər:
"Guya qız çobanı sevirmiş, qızın da uşaqlıq illərindən bəslədiyi maral daima ikisi görüşəndə yanlarında olurmuş. Qız başqasına ərə verilib deyə, özünü asır və maral da onun dəfnində belə rəqs edir. Şad günlərin - toy-düyünün, Novruz bayramının oyunu-rəqsi olan bu folklor nümunəsi niyə "nakam sevgi" ilə bağlı olsun ki?!
Əsl hekayə isə belədir: Rus işğalına qədər olan dövrdə Qarabağda sənətkarların peşəkarlığı, xüsusi istedad və qabiliyyəti toylarda və məclislərdə musiqiçilərin və müğənnilərin ifa etdikləri zaman quşların, heyvanların "reaksiyası" ilə ölçülərdi. Məsələn, Keçəçi oğlu Məhəmməd haqqında danışırlar ki, o, Cıdır düzündə oxuyanda, bir dəstə bülbül daima onun oturduğu yerdə olan ağacın budağına qonurmuş. Yaxud Sadıqcan tarda ifa edəndə, qumru quşları özlərini tara çırpırlarmış.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bakı şəhərində yerləşən "General Hospital" klinikasında yoxla
Ölkəmizdə fəaliyyət göstərən taksi sürücüləri 1 iyul 2024-cü il tar
Azərbaycanda alkoqollu içkilərin satışını həyata keçirən "Mazarin
"Kiyevskiy Ploşad" Şirkətlər Qrupu "Samolet" Şirkətlə
Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın səfiri Mariya Livalanı çağı
Bürclərin uyğunluğu astroloji cəhətdən onların elementlərinə əsaslana
Son.az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında teatr və kino
"Yeşilçam" aktyoru Nuri Alçonun yenidən vəziyyəti ağırlaşıb.
Bəziləri düşünür ki, qadınlar münasibət qurarkən, maddiyata daha çox
Azərbaycanda oktyabrın 28-dən etibarən unun topdansatış qiyməti məlum ol
İspaniyanın Valenisya şəhərində baş verən danşqınlarda ölən və yara
Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqli
Türkiyənin ilk milli çoxməqsədli "T625 Gökbey" helikopteri janda