Pərvin Abıyeva kimdir? “TikTok”dan 36 min dollar qazanan davakar gözəl


Şou-biznes 30 Okt 2024 22:38:00 117 0

Pərvin Abıyeva kimdir?  “TikTok”dan 36 min dollar qazanan davakar gözəl

Son.az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında teatr və kino aktrisası, "Ən Yaxşı Aktrisa" fəxri diplomu laureatı Pərvin Abıyevadan bəhs edir.

- Pərvin Abıyeva harada və nə zaman anadan olub?

Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə  Ağdaş rayonunda anadan olub.

- Pərvin Abıyeva harada ali təhsil alıb?

O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

- Pərvin Abıyeva hansı filmlərə çəkilib?

İlk dəfə "Qarabağnamə" filmində , daha sonra 2012-ci ildə isə "Həyat Varsa",  2013-cü ildə "Oğurlanmış arzular" teleserialında, 2014-cü ildə "İkinci Bahar" serialında, 2015-ci ildə "Tufanlı Səma" və "Bacanaqlar" serialında  rol alıb.

"Gecə Qonağı" ,"Ay Brilliant" filmində çəkilir, "Dəmir Qazan",  "Gecə Qonağı 2", "Yanlış anlama", "Xənnas", filmlərinə çəkilib.

- Pərvin Abıyeva Türkiyəyə köçüb?

Bir müddət əvvəl karyerası üçün Türkiyəyə köçən aktrisa Pərvin Abıyeva orada "Astral həyat" adlanan ekran işində rol alıb. Lakin o yenidən vətənə qayıdıb.   - Pərvin Abıyeva subaydır?

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı barədə  belə danışıb:   "Uşaq vaxtı müğənni olmaq istəyirdim. Amma 16 yaşıma gəldim artıq həvəsim olmadı. Çünki həmin vaxt nişanlandım. Daha sonra ayrılıq oldu. Sırf onun acığına mən bu sənətə gəldim. Bir çox xoşagəlməyən hərəkətlərini görürdüm. Ona görə də, o nəyi qadağan edirdi, nəyə icazə vermirdi onu elədim. Məşhur olmağımı istəmirdi, onun acığına oldum. İtirdiyim bir şey var - ailə. Yaxşı ki, onunla evlənməmişəm, çox şükür. Qohumlarım məşhur olmağımı istəmirdi. Amma sonra mən məşhurlaşdıqca bunu qəbullandılar, hətta deyirdilər ki, Pərvini göstərsəydilər, baxardıq".

- Pərvin Abıyeva nişanlısından nə üçün ayrılıb?

"17 yaşında nişanlı olan qız olmuşam. 19 yaşımda toyu olacaq biri idim. Mənim məhəbbətim deyil, ailəmin qərarı olub. Ən çox anam istəyib ki, mən o insanla ailə qurum. Lakin, alınmadı. Məlum oldu ki, həmin insan həm evli həm nişanlı olub. Həyatında xeyli qadın olub. Bu səbəbdən də münasibət alınmadı. Bədbəxt olsam belə o, insanla ailə qurmağa hazırlaşırdım. Daha sonra işə girdim həyatım dəyişdi və ayrıldıq"- o, bir müsahibəsində bu haqda belə deyib.

- Pərvin Abıyeva sosial şəbəkələrdən nə qədər qazanc əldə edir?

Abıyeva "TikTok" sosial şəbəkəsinə qatıldığı ilk ay 35-36 min dollar (təxminən 59 500-61 200 AZN) qazandığını bildirib. Pərvin bu onlayn platformadan gündəlik 2-3 min dollar (təxminən 3 400-5 100 AZN) gəlir əldə etdiyini də deyib.

- Sosial şəbəkədə tez-tez tənqid və təhqir olunan Pərvin Abıyeva əsəbi statuslar yazır. O tənqid və təhqir olunmağının səbəbini nədə görür?

"Göz önündəyəm, reytinqim çoxdur. Sevənlərim qədər sevməyənlərim də var. Adətən, qadın qadına paxıllıq edir, gözü götürmür. Qadınlar qala-qala kişilər məni təhqir edirlər. Bu hallar mənə təsir edir. Bəzən isə tanınmış şəxslər bir-birini təhqir etdirir. Bir dəfə belə bir hadisənin şahidi oldum. Tanınmışlardan biri həmkarını başqa profillə təhqir edirdi. Ondan niyə bu addımı atdığını soruşanda susdu. O şəxsə dedim ki, mənim də başıma belə hadisə gəlsə, səndən şübhələnərəm. O olay məni şoka salmışdı. 

Sosial şəbəkədə fotonu insanların rəyini öyrənmək üçün paylaşırsan. Lakin artıq-əskik şərhlər görəndə əhval-ruhiyyəm pozulur. Mənə deyilən sözlər təsir etmir, təhqir edən şəxsi əngəlləyirəm. Valideynlərimi, ailəmi təhqir edirlər, onlara toxunmaq qəbul edilməzdir. O şəxsləri bağışlamayacağam"- o bildirib.

- Pərvin Abıyevanın həyatında kimsə var?

"Şəxsi həyatım haqda danışmaq istəmirəm. Media nümayəndələrindən də xahiş edirəm ki, mənə belə suallar verməsinlər. Düzdür, nişanlımdan ayrılmışam. Hazırda həyatımda heç kim yoxdur. Bundan başqa heç nə deyə bilmərəm.

İlk məhəbbətim çox olub. Hansı birini deyim? Mən gözəllik xəstəsiyəm. Fərqi yoxdu, qız ya oğlan. Keçmişimə ilişib qalan insan deyiləm. Gələn gedəni unutdurur. Həmişə gələcəyimə baxıram. Həyatımda biri var. Onu uzun müddətdir sevirəm" deyib Pərvin.

- Pərvin Abıyeva gündəmdə olmaq üçün açıq-saçıq şəkillər paylaşır?

O, bu məsələyə belə cavab verib: "Mən gündəmdə olmaq üçün nəsə etməmişəm. Özüm də bilmədən şou-biznesin içinə girmişəm və gündəmi zəbt eləmişəm. Əvvəllər mənə desəydilər ki, Azərbaycanda tanınmış aktrisa olacaqsan inanmazdım. Bəlkə də, gülərdim".  Həyatının anidən dəyişdiyini qeyd edən Pərvin əvvəllər menecer işlədiyini, mal sağa bildiyini, yaxşı yemək bişirmək qabiliyyətinin olduğunu da söyləyib.

-Pərvin Abıyevanın bacı-qardaşı var?

Aktrisa Pərvin Abıyeva illər əvvəl yaşadığı qardaş itkisindən danışıb.   Abıyeva bir qardaşının həkim məsuliyyətsizliyi, yanlış vurulmuş iynədən həyatını itirdiyini deyib:   "Ailədə ortancılam. Məndən böyük bir bacım, özümdən altı yaş balaca bir qardaşım var".

- Pərvin Abıyevanın villasını ona bağışlayıblar?

Yox. Aktrisa əvvəlcə torpaq alıb, sonra üzərində 2-3 il ərzində bağ evi tikdirib: 

"Mən o bağ evini yavaş-yavaş tikdirmişəm. Gedim böyük bir məbləğ verim və o evi hazır alım... Mənim o gücüm olmayıb. Nə yalan deyim!? Əvvəlcə torpaq almışam. Hissə-hissə, yavaş-yavaş tikdirmişəm. O ev 2-3 il ərzində başa gəlib. Mən bunu afişa etmirdim. Çünki niyə edim ki, ay millət baxın "Qarğa məndə qoz var" ev tikirəm. Bu bir az da görməmişlikdir. Onu da çıxardıb bəzi müğənnilərimiz, aktrisalarımız kimi... Onlar kimi birdən-birə çıxım deyim ki, baxın mən bağ evi almışam. Mən bu kimi şeyləri sevmirəm. Olanı və olmayanı var. Nə qədər evində ac yatan, balasına çörək apara bilməyən insanlar var. Onlara mən başa sala bilmərəm ki, necə bunu, hansı əziyyətlərlə etmişəm və neçə müddətdə ərsəyə gəlib. Ona görə də bu şeyləri alışdıra-alışdıra, yavaş-yavaş çalışıram edim. Onsuz da mənə qarşı aqressiya çoxdur, bu şeylərə görə daha da çox olmasın".  

- Pərvin Abıyevanın seriala çəkilmək üçün qonorarı bahadır?

"Gələn təkliflərdən imtina edirəm. Burada tək faktor verilən qonorar deyil. Ssenari də mənim üçün çox vacib məsələdir. Yeni gələn aktrisa deyiləm ki... Çəkilmək və görsənmək naminə hansısa ekran işinə "Hə" deyə bilmərəm. Hələ qurd ürəyi yeyib mənə filmə və ya seriala çəkilmək üçün aylığıma 500 manat qonorar təklif edən olmayıb. Aktyorların ən böyük səhvi odur ki, özlərinə layiqli dəyəri və qiyməti qoymurlar. Günü 50 və 100 manata çəkilən aktyorlar var. Ona görə bu da təsir edir. Aktrisalığı atmamışam. Gözəl iş, ssenari və yaxşı pul, qonorar istəyirəm",- deyə o bildirib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

"Yeşilçam"ın məşhur aktyoru reanimasiyaya yerləşdirildi like
  • 30 Okt 22:30  
Şou-biznes "Yeşilçam"ın məşhur aktyoru reanimasiyaya yerləşdirildi

"Yeşilçam" aktyoru Nuri Alçonun yenidən vəziyyəti ağırlaşıb.

arrow Ətraflı
"Azərbaycanda qızları evdən bir boğaz əksilsin deyə evləndirirlər"  Psixoloq like
  • 30 Okt 22:24  
Digərləri "Azərbaycanda qızları evdən bir boğaz əksilsin deyə evləndirirlər" Psixoloq

Bəziləri düşünür ki, qadınlar münasibət qurarkən, maddiyata daha çox

arrow Ətraflı
Yüksək vəzifəyə like
  • 30 Okt 22:16  
Digərləri Yüksək vəzifəyə

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyində Qara

arrow Ətraflı
Azərbaycanda un neçəyə satılır? yeni qiymət like
  • 30 Okt 22:11  
Digərləri Azərbaycanda un neçəyə satılır? yeni qiymət

Azərbaycanda oktyabrın 28-dən etibarən unun topdansatış qiyməti məlum ol

arrow Ətraflı
İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var?  AÇIQLAMA like
  • 30 Okt 21:57  
Digərləri İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var? AÇIQLAMA

İspaniyanın Valenisya şəhərində baş verən danşqınlarda ölən və yara

arrow Ətraflı
Goranboyda avtomobillər toqquşdu  ana və oğlu xəstəxanalıq oldu like
  • 30 Okt 21:35  
Digərləri Goranboyda avtomobillər toqquşdu ana və oğlu xəstəxanalıq oldu

Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqli

arrow Ətraflı
Türkiyənin qüruru  “Gökbey” like
  • 30 Okt 21:31  
Digərləri Türkiyənin qüruru “Gökbey”

Türkiyənin ilk milli çoxməqsədli "T625 Gökbey" helikopteri janda

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 30 Okt 21:20  
Digərləri Sabah yağış yağacaq

Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Zurabişvili dindirilmədən qaçdı  "Prokurorun yanına getmək fikrində deyiləm” like
  • 30 Okt 21:10  
Digərləri Zurabişvili dindirilmədən qaçdı "Prokurorun yanına getmək fikrində deyiləm”

Gürcüstan Prezidenti Salome Zurabişvili Baş Prokurolquda 26 oktyabr parlamen

arrow Ətraflı
Müğənni Şöhrət Məmmədov evlənir like
  • 30 Okt 21:05  
Şou-biznes Müğənni Şöhrət Məmmədov evlənir

Müğənni Şöhrət Məmmədov ailə həyatı qurur.

arrow Ətraflı
Lənkəranda fəlakət  10a yaxı ailə təhlükədə like
  • 30 Okt 21:02  
Digərləri Lənkəranda fəlakət 10a yaxı ailə təhlükədə

Lənkəranda intensiv yağışlar torpaq sürüşməsinə səbəb olub, 10-a yax

arrow Ətraflı
Namiq Qaraçuxurlu vəfat edən anasından yazdı like
  • 30 Okt 21:00  
Şou-biznes Namiq Qaraçuxurlu vəfat edən anasından yazdı

Meyxanaçı Namiq Qaraçuxurlu ötən ay vəfat edən anası Qənirə xanımla b

arrow Ətraflı
Rusiyalı nazirin 3 müavini ABŞnin "qara siyahı"sına düşdü like
  • 30 Okt 20:24  
Dünya Rusiyalı nazirin 3 müavini ABŞnin "qara siyahı"sına düşdü

ABŞ-nin Maliyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

arrow Ətraflı
Rusiya qalib gəldi  Zelenski like
  • 30 Okt 20:14  
Dünya Rusiya qalib gəldi Zelenski

Rusiya Gürcüstanda qalib gəldi.

arrow Ətraflı