"Qeyrət söyüşünə görə öldürdüm, cibindəki 3 manatı götürüb getdim" Ana fəryad edir, ata
Digərləri 30 Okt 2024 17:10:00 100 0
Sabunçu rayonunun Balaxanı qəsəbəsində dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəmə istintaqı başlayıb.
Bu xəbəri də oxu: Esenyurtun bələdiyyə sədri həbs edildi terrorçularla əlaqəsi...
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında prokuror ittiham aktını elan edib.
Rəhim ittihama münasibətdə özünü tam təqsirli bilib, həmyaşıdı Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim sərbəst ifadəsində Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib.
Danışdıqlarından məlum olub ki, zərərçəkmişlə hadisədən 20 gün əvvəl tanış olubmuş: "Bir-birimizi instaqramda tanımışıq. Xeyli yazışdıqdan sonra ondan borca pul istədim. Birinci dəfə borc verdi, dediyim vaxtda da qaytardım. Üstündən bir neçə gün keçdikdən sonra yenə pul lazım oldu. Bu dəfə ona müraciət edəndə dedi ki, gəl Balaxanıya, götür. Dediyi yerə getdim, amma pulu verməkdən imtina etdi. Nəsə mübahisə etməyə başladıq. Mənə qeyrət söyüşü söydü. Bundan sonra özümdən çıxdım. Yerə yıxıb bıçaqla boynuna iki zərbə vurdum. Öləndən sonra da izi itirmək üçün onun telefonunu, həmçinin cibindəki 3 manat pulu götürüb qaçdım".
Təqsirləndirilən şəxs cinayətin necə baş verdiyini danışarkən, mərhumun zalda əyləşən anası Günel İmanova və babası hisslərini cilovlaya bilməyiblər. "Biz 18 il yetimçiliklə uşaq böyütmüşük. Necə rahat danışa bilərsən?", - deyə qohumlar səslərini yüksəldiblər.
Məhkəməyə sədrlik edən hakim qohumlardan sakit olmalarını tələb edib.
Öldürülən gəncin atası Elçin İmanov prosesin davamında ifadə verib. Bundan əvvəlki iclasda o, oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hüquqi varislikdən imtina etmək istədiyini demişdi.
Ata İmanov bu gün də əvvəl dediklərinin üstündə dayanıb. O, yenə də təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib: "Ona heç bir sualım yoxdur. Cavan uşaqdır. Bildiyimə görə, anası da xəstədir. Buraxın, getsin. Ola bilərdi ki, mənim oğlum da onu öldürərdi. Biri ölüb, o biri yaşasın. Mən də dustaq olmuşam, onun yerində dayanmışam. Onu bağışlayıram".
Rəhim də öz növbəsində şüşə qəfəs arxasından ataya təşəkkür edib.
Qeyd edək ki, Rəşid İmanovun anket məlumatlarından aydın olub ki, o özü də qəsdən adam öldürdüyünə görə 12 il həbsdə olub. Oğlunun 5 yaşında həbsxanaya düşən ata, onun ölümündən 9 gün sonra cəzasını tam başa vuraraq azadlığa buraxılıb.
Xatırladaq ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.
İnsanların həyatımızın ayrılmaz hissəsinə çevrilmiş pişik və itlər
Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralam
Amerikada və bir çox Qərb ölkələrində hər il 31 oktyabrda "Hallowee
İspaniyanın Valensiya bölgəsində baş verən güclü yağışlar və sel n�
Aktyor Azər Baxşəliyev yenidən əməliyyat olunacaq.
COP29 tədbiri keçirilən zaman əhalinin tibbi xidmətə təminatını təşki
Türkiyə hökumətinin qərarı ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT)
Rusiyanın Xalq artisti Alla Puqaçovanın aldığı pensiyanın məbləği bəl
İsrailin Baş naziri Benyamin Netanyahu dron hücumlarından ehtiyat edərək t
COP29 ilə əlaqədar tibb müəssisələri hazır vəziyyətə gətirilib.
Paytaxtın Xətai rayonunda yaşayış binasında yanğın başlayıb.
Əməkdar artist Elnarə Abdullayevanın oğlu reanimasiyaya yerləşdirilib.
Kartof müxtəlif rəngli tərəvəzdir. Bağbanlar və aşpazlar kartofun rəng
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərl�
28 oktyabr tarixindən etibarən Bakıda keçiriləcək COP29-da iştirak edəc�