“Şəxsiyyət vəsiqəsinin surətinin verilməsi qadağan olunmalıdır”
Digərləri 29 Okt 2024 18:28:00 65 0
"Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır".
Bu xəbəri də oxu: Esenyurtun bələdiyyə sədri həbs edildi terrorçularla əlaqəsi...
Son.az xəbər verir ki, bu təkliflə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında çıxış edib.
O bildirib ki, bir müddət öncə qanunvericilikdə çox əhəmiyyətli bir dəyişikliklər olub. Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının da hüquqi statusu təsdiqlənib: "Əgər vətəndaş myGov vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu, artıq sadə bir məlumat deyil, rəqəmsal sənəddir.
Amma buna baxmayaraq, yenə də bəzi yerlərdə fiziki şəxsiyyət vəsiqələrinin və digər sənədlərin surətləri tələb edilir, yaxud da bəzi qurumlar heç lazım olmasa da, belə sənədlərin surətlərini çıxarıb saxlayırlar.
Bəzi dövlət qurumları isə hələ də girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta bəziləri vətəndaş binanı tərk edincə fiziki vəsiqələri özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir".
Osman Gündüz əlavə edib ki, yuxarıda adı çəkilən dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsinin sürətlərinin tələb edilməsi, ümumiyyətlə, qadağan olunmalıdır.
"Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı", - deyə, ekspert vurğulayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullah hərəkatın�
Aparıcı Xoşqədəm Hidayətqızı reklam qonorarını açıqlayıb.
Oktyabrın 24-də Park Cinema Flame Towers kinoteatrında "Venom: Sonuncu R
Alimlər deyirlər ki, su tərəsi dünyanın ən sağlam məhsuludur. Araşdır
Son.az bildirir ki, Lent.az-ın müsahibi kinoaktyor, kinorejissor, "Rza Dr
Türkiyəli məşhur Ceyda Düvenci aparıcılığını etdiyi "Bambaşka
1-30 noyabr tarixlərində Kanon Bonus Loyallıq Proqramı ilə partnyorlardan e
Aktrisa İrem Helvacıoğlu bir müddətdir birlikdə olduğu menecer sevgilisi
Lənkəranın icra başçısı Taleh Qaraşovun həyatına sui-qəsd etmək ist�
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi i
2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə
Ötən gün paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat