Azərbaycanlıların Türkiyədə bəyəndiyi otel xidməti dayandırılır?
Digərləri 29 Okt 2024 13:46:00 123 0
Türkiyədə "hər şey daxil" otellərin sayı azalacaq, bunun səbəbi qiymətə daxil olan yeməklərin artıq qalması və yaranmış israfçılıqdır.
Son.az publika.az-a istinadən xəbər verir ki, "hər şey daxil" rejimində yeməklərin artıq qalması bu qaydalara yenidən baxılmasına səbəb olub.
Hesablamalar göstərir ki, hər il belə otellərdə turistlərə verilən 1,5 milyard dollarlıq yemək artıq qalır və tullantı kimi atılır.
Türkiyənin Gənc Biznesmenlər Assosiasiyasının sədri Mustafa Korkutata bildirib ki, belə otellərdə hər gün hər turistdən sonra 200-400 qram yemək yeyilmədən qalır və tullantı kmi atılır. Beləliklə belə otellərdə qida tullantıları hər il 1,5 milyard dollara çatır. Buna görə də "hər şey daxil" prinsipi ilə işləyən otellərin sayı ixtisar ediləcək.
Bundan başqa, qida israfçılığının qarşısının alınması üçün baxılan variantlardan biri də belə otellərdə boşqabların ölçülərinin kiçildilməsidir. Bu təklifin müəllifləri hesab edir ki, boşqablar kiçik olanda turistlər daha az yemək yığacaqlar.
Digər təklif - otellərin nümayəndələri təklif edir ki, turistlər yalnız yedikləri qidaların pulunu ödəsinlər. Bu variant müştərilər üçün daha ədalətli, otellər üçün isə daha qənaətlidir.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə "hər şey daxil" otellərdə alkoqollu içkilərin qadağan edilməsi də müzakirə edilirdi, amma sektor təmsilçiləri elan edib ki, belə qadağa tətbiq edilməyəcək.
Azərbaycanlı tanınmış aktyor Hikmət Rəhimov əməliyyat olunub.
Məşhur "YouTuber"i kobra dişləyərək öldürüb.
"Google" gündəlik internet istifadəsini avtomatlaşdıra bilən yen
Bu ilin sonunadək 450 bağçada qida təhlükəsizliyi və sanitar-gigiyena qay
Özəl bağçalarda təhsil alacaq uşaqların təhsil haqqının bir hissəsi d
Məhərrəm və səfər aylarından sonra toy mərasimlərinin ardı-arası kəs
Sumqayıtda nənə, qızı və nəvəsi dəm qazından zəhərləniblər.
"Ailə həyatı tək ayaq yumaqdan ibarət deyil. Bəli, əgər həyat yold
"5 nəfər - adı, soyadı Azərbaycan vətəndaşı olan, amma qanı və D
Ötən gün "Microsoft"un yaradıcısının 69 yaşı tamam olub.
ÖLÇÜLƏR VƏ SUYA DAYANIQLILIQ