Taliban qadınlara təhsil almaq hüququ verə bilər
Dünya 27 Okt 2024 14:09:00 185 0
"Taliban" radikal islamçı qruplaşması qadınların təhsil almasına etiraz etmir, lakin islami prinsiplərə əsaslanmalıdır.
Bu xəbəri də oxu: 52 il əvvəl itkin düşən qadın tapıldı
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın Qətərdəki siyasi bürosunun rəhbəri Süheyl Şahin "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, hazırda xüsusi komissiya bu məsələni öyrənir: "Biz onun işinin nəticəsini gözləyirik".
2022-ci ilin dekabrında Əfqanıstanda qadınların ali təhsil almasını qadağan edən qanun qəbul edilib. Belə ki, qız tələbələrin özəl və dövlət universitetlərinə qəbuluna icazə verilməyib.
Oktyabrın 23-də BRICS-ə üzv ölkələr birgə bəyanat hazırlayıb və orada Əfqanıstanda hakimiyyətdə olan Talibanı əfqan qadınlarının orta və ali təhsil almasına qoyulan qadağanı ləğv etməyə çağırıblar. Assosiasiya üzvləri həmçinin "Əfqan xalqına təcili və maneəsiz humanitar yardımın göstərilməsinin və bütün əfqanların fundamental hüquqlarına hörmətin təmin edilməsinin zəruriliyini" vurğulayıblar.
Bundan əvvəl Avropa İttifaqının Ədalət Məhkəməsi qərara alıb ki, şəxsin Əfqanıstan vətəndaşı olan qadın olması ona inteqrasiya birliyinin ərazisində siyasi sığınacaq almaq hüququ verir.
Aİ məhkəməsinin qərarı iki əfqan qadının 2015 və 2020-ci illərdə Avstriyada sığınacaq verilməməsi ilə bağlı şikayətindən sonra verilib. Qadınlar əvvəlcə Avstriyanın Ali İnzibati Məhkəməsinə şikayət edib, sonra məhkəmə məsələni Aİ-nin ali məhkəmə orqanı olan Aİ Ədalət Məhkəməsinə göndərib.
Taliban 2021-ci il avqustun 15-də Əfqanıstan üzərində tam nəzarətin qurulduğunu elan edib. Hərəkat ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.
25 iyun 2023-cü ildə Taliban Əfqanıstan qadınlarına "azad insanlar" statusunu qaytardıqlarını və onları şəriət qanunlarını pozmaqdan azad etdiklərini açıqlaylb. 28 avqust 2024-cü ildə Əfqanıstanda qadınlara ictimai yerlərdə yüksək səslə danışmaq qadağan edilib.
Yerli azərbaycanlılar Gürcüstanda keçirilmiş parlament seçkilərində hak
2000-ci il təvəllüdlü qadın dünən saat 07:00 radələrində Sabirabad Ray
Rusiyada orta məktəb müəllimi kitabları oğurlayıb.
Təl-Əvivin şimalında yük maşını avtobus dayanacağına çırpılıb.
"WhatsApp" messenceri tezliklə "Telegram" kimi öz əlaqə
Lənkəranda qəza olub, avtomobil deformasiyaya uğrayıb.
"İsrailin İrana növbəti hücumu bir daha bu ölkənin bölgədə region
Gənc yaşlarda kolon xərçəngi (yoğun bağırsaq) hallarının artması nara
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 15 YPG terrorçusunu (PKK
Azərbaycanın böyük nümayəndə heyəti ilə Özbəkistanda keçirilən parl
Azərbaycanda sabah gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Gürcüstanda keçirilən parlament seçkiləri bu ölkənin gələcəyi üçün
Yaxın gələcəkdə altı bürc həyatlarında xüsusi rol oynayacaq bir insanl
Elektron mətbuatın regionda yaranan ilk nümunələrindən olan "Asiya.az
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin "Coğrafiya