Sabiq nazir: "Gördüm ki, yoldaşım bir qadının qucağında oturub"
Digərləri 26 Okt 2024 23:00:00 197 0
"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu xəbəri də oxu: Ermənilər sərhədimizdə dayaq mövqeləri yaratdılar VİDEO
Son.az oxu.az-a istinadən xəbər verir ki, verilişin budəfəki sayı Novxanı sakini, ötən əsrin 60-cı illərində Azərbaycanda yerli sənaye və məişət xidməti naziri olan Nəbibə Həsənovaya həsr olunub.
92 yaşlı N.Həsənova çətin həyat yolundan söz açıb:
"Ailədə 3 bacı, 1 qardaş olmuşuq. Qardaşım tez evləndi və ard-arda 3 oğlu oldu. Mən də o vaxtlar 7-ci sinifdə oxuyurdum. Qardaşım dedi ki, dərsə getmə, uşaqlara bax. Amma ondan gizli oxuyub məktəbi bitirdim. Moskvada institutu da bitirəndən sonra Azərbaycana qayıtmalı oldum, yəni özləri göndərdilər. Çünki həmin dövrdə qadın evli olmasa, ona yüksək vəzifə vermirdilər".
N.Həsənova 1955-ci ildə Moskva Yüngül Sənaye Texnologiya İnstitutunu bitirdikdən sonra təyinatla Əli Bayramov adına fabrikə mühəndis-mexanik göndərilir. 1961-ci ildə onu nazir müavini, 1963-cü ildə isə nazir təyin edirlər. Lakin ona vəzifə verilməsi üçün ailə qurması şərt idi. Buna görə də N.Həsənova qonşuluqda yaşayan diş həkimi ilə ailə qurur.
Bir gün o, həyat yoldaşına baş çəkmək üçün klinikaya gedir və bu zaman gözləmədiyi mənzərə ilə qarşılaşır:
"Klinikaya gedəndə gördüm ki, yoldaşım bir qadının dizinin üstündə oturub. Bu hadisədən sonra qorxusundan məndən ayrıldı. Ona dedim ki, sən məni necə yandırmısansa, mən də səni elə yandıracağam".
Karyerası müddətində N.Həsənovaya mane olmaq istəyənlər çox olub. Xüsusən də ermənilər bu işdə aktivlik göstəriblər. Amma N.Həsənova bir gündə 12 erməni müdirini işdən azad edib və bu, ölkədə sensasiya doğurub.
"Fabrikdə işləyərkən erməniləri işsiz qoydum. Onlarla başabaş işləmək mənim üçün çətin deyildi. Heç vaxt da rüşvət almamışam", - deyə N.Həsənova bildirib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Həmin gün nə olub? Sivilizasiyamızın tarixində ən qanlı hadisə hansı o
Aparıcılar Zaur və Günay Baxşəliyeva evliliklərinin 12-ci ildönümü il�
Bəzi universitetlərdə əmək bazarında tələbat olmayan ixtisaslar tədris
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.
Son.az Trend-ə istinadən xəbər verir ki, Zirə Mədəniyyət Mərkəzi Eko
Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə bağlı paylaşım edib.
Hava soyuduqca avtomobilləri də qışa hazırlamaq lazımdır. Ustalar deyirl�
Yaxın gələcəkdə altı bürc həyatlarında xüsusi rol oynayacaq bir insanl
Ağdamda qısa qapanmadan baş verməsi ehtimal olunan yanğın iki ailəni evsi
Rusiyanın Puşkino şəhərinin mərkəzi parkında silahlı insident baş veri
Etnik azlıqdan seçkiləri saxtalaşdırmaq üçün istifadə etmək biabırç�
İsrailin həyata keçirdiyi hava hücumlarında hədəfə alınan obyektlərdə
Rusiyada Mi-2 helikopteri Kirov vilayətində sərt eniş edib.
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva İstanbuldak