Maşın almaq istəyənlərə şad xəbər bu avtomobillər ucuzlaşdı
Digərləri 26 Okt 2024 20:47:00 178 0
Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb.
Bu xəbəri də oxu: Gülxanım Vəliyeva vəfat etdi
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir.
2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz, 2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.
Avtomobil satan Eldar Əliyev sözügedən ucuzlaşmanı ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqələndirib.
Son.az oxu.az-a istinadən xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, hibrid mühərrikli avtomobillər və elektromobillərin orta idxal qiymətinin azalması ölkəyə ucuz avtomobillərin gətirilməsi ilə bağlıdır:
"İdxal olunan avtomobillərin qiymətində kəskin ucuzlaşma yoxdur. Burada seqment dəyişikliyi var. Yəni əvvəllər ölkəyə dəyəri yüksək olan avtomobillər gətirilirdisə, hazırda həmin seqmentdən olan ucuz avtomobillər gətirilir. Məsələn, əvvəllər 30 000 dollara elektromobil gətirilirdisə, indi isə bu 25 000 dollara başa gəlir", - ekspert deyib.
Qeyd edək ki, son illərdə hibrid mühərrikli avtomobillərin və elektromobillərin idxalına və satışına vergi güzəştlərinin tətbiq edilməsi onlara marağı artırıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İsrail İrana cavab zərbələri çərçivəsində havalanan qırıcılarının
"Sevgi bir bəladır. Həm gözəl hissdir həm də yaradıcı insan üçü
Plastik əməliyyatlardan sonra üz cizgilərində kəskin dəyişikliklər olar
"ASKfm" sosial şəbəkəsinin elementləri olan sual-cavab xidməti d
Aktyor Kamran Ağabalayev Əməkdar artist Sənubər İsgəndərli ilə bağlı
"Biz artıq böyük fərqlə həlledici qələbəni təmin etmişik".
"Volkswagen Group" tərəfindən yenidən canlandırılan "Scout
"Sənəti yoxdur xalqa göstərməyə. Nə eləsin? Başlayır onun-bunun h
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ən gözəl yerlərindən bir
Texnologiyanın gücü, təhlükələri və insanlıqla münasibətini tədqiq e
"Gün bu gün" verilişinin aparıcısı Nigar Fərhad şəxsi həyat�
Aparıcı Xoşqədəm Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.
Oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıç