Qaçırdıqları maşınla oğurluğa gedən qardaşlar


Kriminal 25 Okt 2024 19:21:00 72 0

Qaçırdıqları maşınla oğurluğa gedən qardaşlar

Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.

Son.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisə müraciət edənlər mağazalarından pul, mobil telefonlar, digər qiymətli əşyalar, tütün məhsulları, habelə 1 ədəd avtomobilin naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar 39 yaşlı Ramal Cəfərov və qardaşı 38 yaşlı Sakit Cəfərov saxlanılıblar. Həmin şəxslər əvvəlcə rayon ərazisində vətəndaşlardan birinə məxsus "VAZ-2107" markalı avtomobili qaçırmaq istəsələr də, onların bu cəhdi baş tutmayıb.

Cinayət niyyətlərini davam etdirən qardaşlar daha sonra digər bir vətəndaşa məxsus "VAZ-2106" markalı avtomobili qaçıraraq ətraf ərazilərdəki mağaza və telefon dükanlarını talayıblar. Onlar maska və əlcəklə kamuflyaj olunaraq bu qanunsuz əməllər nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan nağd pul, lotereya biletləri, tütün məmulatı və müxtəlif markalı 20-dən çox mobil telefon oğurlayıblar. Bu şəxslər qaçırdıqları avtomobillə Ramana qəsəbəsi ərazisində qəza törətdikdən sonra nəqliyyat vasitəsini hadisə yerində qoyaraq oradan uzaqlaşıblar.

R.Cəfərov və qardaşı S.Cəfərovun talama cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Saxlanılan şəxslərdən biri R.Cəfərovun Lənkəran şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən oğurluq etdiyi üçün axtarışda olduğu da müəyyən olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxslərin analoji cinayətlərdə iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Gürcüstanda zəlzələ oldu like
  • 25 Okt 19:20  
Digərləri Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Bürclərin ən çox çətinlik çəkdiyi like
  • 25 Okt 19:15  
Digərləri Bürclərin ən çox çətinlik çəkdiyi

Bürclər üçün nəyi yaşamaq çətindir. Ümid edirik ki, bu məlumat sizin

arrow Ətraflı
Qadınların kişilərdə bəyəndiyi like
  • 25 Okt 19:07  
Digərləri Qadınların kişilərdə bəyəndiyi

Son.az qadınların kişilərdə bəyəndiyi 5 önəmli xüsusiyyəti təqdim ed

arrow Ətraflı
Efirdə kövrəldi: "Ondan DOYMADIM" like
  • 25 Okt 18:59  
Şou-biznes Efirdə kövrəldi: "Ondan DOYMADIM"

Əməkdar artist Mətanət İsgəndərli dünyasını dəyişən atasından dan�

arrow Ətraflı
Yunanıstanda keşişlər kilsə pullarını like
  • 25 Okt 18:50  
Dünya Yunanıstanda keşişlər kilsə pullarını

Yunanıstanda ikisi keşiş olmaqla ümumilikdə 7 nəfər kilsə pullarını m�

arrow Ətraflı
Xaçmazda "KOB FEST" sərgisatış yarmarkası keçirilir  FOTO like
  • 25 Okt 18:48  
Digərləri Xaçmazda "KOB FEST" sərgisatış yarmarkası keçirilir FOTO

2024-cü ilin ötən dövrü ərzində 330-dan çox KOB subyektinin iştirakı i

arrow Ətraflı
“Ştrafnoy”dan maşın qaçırdı like
  • 25 Okt 18:41  
Kriminal “Ştrafnoy”dan maşın qaçırdı

Baş DYP İdarəsinin Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən stas

arrow Ətraflı
PAnın noyabr ayına olan vətəndaş qəbulu açıqlandı like
  • 25 Okt 18:37  
Digərləri PAnın noyabr ayına olan vətəndaş qəbulu açıqlandı

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəb

arrow Ətraflı
Bakıdan Fransanı qınayan bəyanat yayıldı like
  • 25 Okt 18:35  
Digərləri Bakıdan Fransanı qınayan bəyanat yayıldı

Qvadelupun Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat

arrow Ətraflı
Toyuna dəvətnamə paylayan bəy like
  • 25 Okt 18:27  
Digərləri Toyuna dəvətnamə paylayan bəy

Toyuna dəvətnamə paylayan bəy qəzaya düşüb.

arrow Ətraflı
Sevda evlilik ildönümünü bu sözlərlə ifadə etdi like
  • 25 Okt 18:19  
Şou-biznes Sevda evlilik ildönümünü bu sözlərlə ifadə etdi

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla bağlı payl

arrow Ətraflı
BDYPdən hərəkət iştirakçılarına ÇAĞIRIŞ like
  • 25 Okt 17:58  
Digərləri BDYPdən hərəkət iştirakçılarına ÇAĞIRIŞ

Həftəsonu ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla

arrow Ətraflı
Bakıda güclü yanğın başladı like
  • 25 Okt 17:45  
Digərləri Bakıda güclü yanğın başladı

Bakıda güclü yanğın başlayıb.

arrow Ətraflı
Azərbaycanlı aparıcı canlı ifası ilə zövqləri oxşadı  VİDEO like
  • 25 Okt 17:39  
Şou-biznes Azərbaycanlı aparıcı canlı ifası ilə zövqləri oxşadı VİDEO

Aparıcı Leyla Quliyeva maraqlı paylaşımı ilə diqqət şəkib.

arrow Ətraflı
"Bu hücumların hansı məqsədlə həyata keçirildiyini bilirik" like
  • 25 Okt 17:33  
Digərləri "Bu hücumların hansı məqsədlə həyata keçirildiyini bilirik"

Türkiyə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) baş verən t

arrow Ətraflı